PDF Oxu

Siyasət

  • 543

Cəbrayılın işğalı – Sosial fəsadlar və insan taleləri

image

Cəbrayıl şəhərinin 1993-cü ildə işğalı nəticəsində minlərlə ailə doğma yurdlarını tərk etməyə məcbur oldu. Bu, sadəcə bir ərazi itkisi deyil, həm də insan talelərinin dəyişməsi, ailələrin dağılması, uşaqların doğma yurdlarını tanımadan böyüməsi demək idi. Məcburi köçkün statusu daşıyan insanlar illərlə ağır sosial şəraitdə yaşadılar. Ən elementar həyat şəraitindən məhrum olan bu insanlar çadır şəhərciklərində, yataqxanalarda və müvəqqəti sığınacaqlarda həyatlarına davam etdilər. İşsizlik, təhsil imkanlarının məhdudluğu, sosial izolyasiya və psixoloji travmalar onların həyatının ayrılmaz hissəsinə çevrildi. Bir çox uşaq məktəb yaşına çatsa da, normal təhsil ala bilmədi. Valideynlər iş tapa bilmədikləri üçün ailələr maddi çətinliklərlə üz-üzə qaldı. Cəbrayılın işğalı zamanı insan itkisi də oldu – mülki vətəndaşlar, əsgərlər həyatlarını itirdi. Bu sosial problemlər onillərlə davam etdi. 2020-ci ildə Vətən müharibəsi nəticəsində şəhərin azad olunması məcburi köçkünlərin ümidlərini yenidən alovlandırdı. İndi bu insanlar doğma torpaqlarına qayıtmaq üçün səbirsizliklə gözləyirlər. Dövlət tərəfindən aparılan yenidənqurma işləri onların sosial problemlərinin aradan qaldırılmasına xidmət edir.

Vəfa İsmayılova

YAP Laçın rayon təşkilatının 48 saylı ƏPT-nin sədri

Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Digər xəbərlər