Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən mühairbəsi şəhidi baş çavuş Tağıyev Hüseyn Oktay oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə məzarı ziyarət olunub.
Məzar ziyarətində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tağıyev Hüseyn Oktay oğlu şəhadətindən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Məzar ziyarətlərindən sonra 44 günlük Vətən mühairbəsi şəhidi baş çavuş Tağıyev Hüseyn Oktay oğlunun əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!