PDF Oxu

Siyasət

  • 1 320

Praqmatik dialoq: DİPLOMATİYANIN YENİ MODELİ – TƏHLİL

image

Son günlərin ən həssas və ən əsas mövzularından biri Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ arasında danışıqların yeni raundu hesab olunur. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Moskvaya sülh planını gətirdiyi barədə çox geniş müzakirələr sözsüz ki, diqqəti cəlb etməyə də bilməz. Çünki indi bütün dünyanın diqqətinin məhz hər kəs üçün sonu maraqlı olan münaqişənin həllinə yönəldiyi qətiyyən təkzib edilməzdir. Həm də ona görə ki, Putin və Vitkoffun Kremldəki son danışıqları fərqli kontekstdə olmaqla, ABŞ-Rusiya diplomatiyasının yeni modeli olaraq, diqqəti cəlb edir...

Belə görünür ki, ABŞ Ukrayna ilə bağlı Rusiya ilə praqmatik dialoqa üstünlük verir. Hər halda, Amerika prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə qapalı görüşünün 5 saat davam etməsi özü belə qeyd olunanı təsdiq edir. Məsələ burasındadır ki, həmin görüşdən sonra heç bir məlumat sızması və ya görüşün təfərrüatı haradasa açıqlanmadı. Moskva sadəcə olaraq, bildirdi ki, hələlik kompromis yoxdur, dialoq davam edəcək. Bəli, dialoq məhz Moskva ilə Vaşinqton arasındadır, çünki nəticəsini də yalnız bu iki tərəf müəyyən edir. Tərəflər hətta elə hesab edirlər ki, üçüncü tərəflər sadəcə lazımsızdır və maneə kimi də sayıla bilər. Amerika tərəfdən belə hansısa məlumat, hansısa informasiyasızmalarının olmaması etibarlılıq və hər iki tərəfin danışıqlarda güzəştə getmək istəmədiyini göstərir. Bu danışıqların bütün təfərrüatlarının nədən ibarət olması hələlik bəlli deyil, amma hər halda bəlli olduğu zaman bir çox məqamları üzə çıxaracaq...
Rusiya-ABŞ diplomatiyasının yeni modelinin qarşılıqlı hörmətə əsaslandığı bildirilir
Amerika nümayəndələrinin Moskva küçələri ilə keçən korteji onlarla televiziya kamerasının obyektivi tərəfindən qeydə alındı. Bununka yanaşı, hər bir hərəkət belə diqqətlə qeydə alındı və nahar menyusu belə təhlil edildi. Qırmızı Meydanı gəzdikdən sonra hətta, Spasskaya qülləsi yaxınlığındakı piyada keçid məntəqəsindən keçərək Kremlə daxil olmaları da diqqətdən yayınmadı. Doğrudur, bütün bunlar ən mühüm danışıqların qeyri-rəsmi hissəsi sayılır, amma istənilən halda, nəzərə alınan məqamlar hesab olunur.Bəli, Kreml yalnız məhdud protokol görüntülərini yayımlayır. Amma bunun özü də onu aydın şəkildə göstərir və sübut edir ki, rəsmi Moskva və rəsmi Vaşinqton arasında yeni diplomatiya modeli yaranır. Bu modelin də məhz qarşılıqlı hörmət və danışıqlar predmetinin həssaslığının dərk edilməsi kimi qəbul olunduğu bildirilir. Ən azından, yeni model dedikdə, elə məhz qarşılıqlı hörmətə əsaslanan bir münasibət nəzərdə tutulur.Diqqətə çatdıraq ki, bəli, Rusiya prezidenti Vladimir Putin bu il artıq altıncı dəfədir ki, amerikalı müzakirəçiləri Rusiyada qəbul edir. Amma ruslar özləri də etiraf edirlər ki, bu dəfə olan qəbul xüsusi əhəmiyyət daşıyır və daha çox diqqətə layiq bilinir. Məhz Rusiyada, Kremldə rəsmi Vaşinqtonun öz sülh planının müddəalarını rəsmi olaraq rəsmi Moskvaya çatdırması xüsusilə diqqət cəlb edir və daha əhəmiyyətli sayılır. Hər halda, ən azından Rusiya tərəfi bu qənaətdədir və ruslar nədənsə bu dəfə münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı fikrindədirlər və məhz bu modelin də digərlərindən fərqlənməsi buna görədir.
Amerika tərəfinin planının hər bir bəndini nəzərdən keçirilməsi görüşün uzun çəkməsinin səbəbi sayılır
İki ölkə rəsmiləri arasında baş tutaan “söhbət” təxminən beş saat davam edib. Hətta, gecə yarısından sonra bitib. Yəqin ki, bu da təsadüfi sayıla bilməz. Bunun izahı da Rusiya tərəfində maraqlı şəkildə olub.Beləki, görüşdən bir qədər sonra hind jurnalistləri ilə müsahibədə Vladimir Putin izah edib ki, müzakirə olunan plan Alyaskada razılaşdırılanlara əsaslanır və “söhbətin” uzun çəkməsinin də səbəbləri var.“Ancaq yenə də amerikalıların indi bizə nə gətirdiklərini biz hələ görməmişik və buna görə də biz praktiki olaraq hər bir bəndi nəzərdən keçirməli olduq. Elə ona görə də görüş bu qədər uzun çəkdi. Çünki bu, tamamilə konkret və hərtərəfli zəruri söhbət idi”, deyə Rusiya prezidenti Vladimir Putin bildirib. Deməli, belə məlum olur ki, tərəflər müzakirələrin hər bir bəndini xüsusi olaraq nəzərdən keçirməli olublar və daha konkret qərarlar qəbul edilməsi vacib sayılıb.
Trampın şəxsən etibar etdiyi şəxsləri Moskvaya göndərməsi görüşün praqmatik dialoq sayılmasına əsas verir
Etiraf etmək lazımdır ki, məhz paralel rabitə kanalı məhz belə qurulur. Rusiya və ABŞ tərəfinin qəsdən medianın diqqətindən yayınması da, “aralıq nəticələri” açıqlamaması da təsadüfi deyil. Nümayəndə heyətinin tərkibi özü də danışıqların daha məxfi xarakter daşıdığına işarə edir. Trampın kürəkəni Jared Kuşnerin də nümayəndə heyətinə və müzakirələrə qoşulması hər halda, bunu deməyə əsas verir. Daha dəqiq desək, ABŞ prezidentinin daha çox etibar etdiyi şəxsləri göndərməsi əbəs yerə ola bilməz.“O, şəxsən etibar etdiyi adamları göndərdi və əmindir ki, onlar məlumat sızdırmayacaqlar. Biz bu sxemin işlədiyini görürük; müəyyən müddət keçib və artıq kimin nə dediyi və sairə ilə bağlı mətbuata adi sızıntılar yoxdur”, deyə Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər fakültəsinin professoru Andrey Baklanov da bu fikirdə olduğunu açıq şəkildə bəyan edib. Bir sözlə, bu da onu deməyə əsas verir ki, Rusiya tərəfi məhz bütün bunları çox böyük həssaslıqla izləyir və məhz buna görə də ruslar bu görüşü praqmatik dialoq, və ya diplomatiyanın yeni modeli hesab edirlər.Doğrudur, görüşün uğurlu olub-olmaması ilə bağlı suala Stiv Uitkoff cavab verməkdən imtina edib. O, Zelenskiyə məhəl qoymadan nəticələri bildirmək üçün şəxsən birbaşa Vaşinqtona yollanıb. Qarşı tərəf isə bu məqamda Avropada hansısa “hesabat” gözləyirmiş və onların “gözləmələrinə” məhəl qoyulmaması da təsadüfi sayılmır. Onu da diqqətə çatdıraq ki, Umerovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a çağırılır və keçiriləcək iclas məhz açıq şəkildə “brifinq” adlandırılır. Başqa sözlə, birmənalı şəkildə bildirilir ki, hansısa əks arqumentlər heç gözlənilmir də. “Münasibət” elə indidən başadüşüləndir. Bax elə bütün bunlar ruslar üçün diplomatiyanın yeni modeli hesab olunur.
Tramp məhz rəsmi Moskva ilə praqmatik dialoqu Kiyevin “çaşqınlığından” üstün tutur
“Dünən prezident Putinlə çox yaxşı görüş keçirilib. Görək nə olacaq. Bilirsiniz, mən Zelenski ilə bu kabinetdə olanda dedim ki, “sənin kartların yoxdur!” Məhz o zaman danışıqlara ehtiyacımız var idi”, deyə ABŞ prezidenti bildirib. Trampın bu fikirləri səsləndirməsi özü belə onun praqmatik dialoqa üstünlük verdiyini təsdiqləyən məqamdır. Əvvəla ona görə ki, ABŞ lideri konkret olaraq, bildirir ki, kabinetdə olanda Zelenski ilə görüşündən daha çox rəsmi Moskva ilə danışıqlara üstünlük verir. Daha dəqiq desək, o, Rusiya ilə danışıqlarını daha önəmli sayır.Doğrudur, liberal Qərb mediası Moskva danışıqlarından öz nəticələrini, daha doğrusu özünə sərf edən, öz niyyəti üçün maraqlı olan nəticələri çıxarır. Xüsusən də, danışıqlar və “sülh planı” ətrafında çoxlu fərziyyələr və açıq dezinformasiyalar belə hələ bundan sonra meydana gələ bilər. Amma, məhz Moskvanın dəqiq mövqeyi elə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun brifinqindən bəlli oldu. Bəlli oldu ki, rəsmi Moskva son danışıqlara tamamilə fərqli, ən azından liberal Qərb mediasının mövqeyindən fərqli yanaşır və daha praqmatik hesab edir. “Əvvəlcə mediada Trampın planının 28 bəndi barədə məlumatlar yayıldı. Daha sonra onların ixtisar və düzəlişlər edildiyi barədə məlumatlar da ortaya çıxdı”, deyə Uşakovun bildirməsi təsdiq edir ki, Rusiya tərəfi ətraflı şəkildə və diqqətlə prosesi izləyib. Rusiya prezidentinin köməkçisinin fikirləri həm də onu göstərir ki, praqmatik dialoq kimi qiymətləndirilən bu hal, eyni zamanda, Qərbin nə düşünməsindən asılı olmayaraq diplomatiyanın yeni modeli kimi də qəbul olunur.“Diplomatiyanın vəzifəsi kompromislər hazırlamaqdır. Nəhayət, bu, şübhəsiz ki, ağrılı güzəştləri ehtiva edəcək. Bu, şübhəsiz ki, Ukrayna üçün son dərəcə çətin proses olacaq”, deyə Almaniyanın xarici işlər nazirinin bildirməsi heç də bütün dünyanın diqqətindən yayınmayıb. Yaxud NATO-nun baş katibi Mark Ruttenin Ukraynanın Şimali Atlantika Alyansına qoşulma perspektivləri haqqında dedikləri də diqqəti cəlb etməyə bilməz. “Ukraynanın NATO-ya daxil olması üçün bütün müttəfiqlərin konsensusu lazımdır və bildiyiniz kimi, hazırda konsensus yoxdur”, deyə bildirən Rutte özü də Qərbin mövqeyindən çıxış etdiyini gizlətmir və ümumiyyətlə, bununla da əsl mövqenin nədən ibarət olduğu bir daha öz təsdiqini tapir.Britaniyanın “The Daily Telegraph” qəzeti də bir növ, “məğlubiyyəti” etiraf edir. Ancaq ən azından aydın olur ki, “Köhnə Dünya” sülh prosesini pozmaq cəhdlərindən əl çəkməyib. Görünür, hələ də sülhə mane olmaq onlara sərf edir deyə öz mövqelərində israrlıdırlar. Təsadüfi deyil ki, Putin də bu məsələyə kəskin şəkildə münasibət bildirib və bunun özü də deyilənləri təsdiq edir. “Onların sülh gündəmləri yoxdur. Onlar müharibə tərəfindədirlər. Hətta Trampın təkliflərinə bəzi dəyişikliklər etməyə çalışsalar belə, bütün bu dəyişikliklər bir məqsədə yönəlib ki, o da bütün sülh prosesini əngəlləməkdən ibarətdir”, deyə Rusiya prezidenti Vladimir Putinin qeyd etməsi səbəbsiz və əbəs yerə deyil.Reallıq bundan ibarətdir ki, iki nüvə fövqəldövləti öz dialoqlarını qurmaqdadır. Yeni paralel kommunikasiya kanalı da ənənəvi diplomatiyaya mühüm əlavə kimi qəbul olunur. Rəsmi Moskva və rəsmi Vaşinqton artıq təmasların davam edəcəyini bəyan da edib. Bu isə, əlbəttə, onu deməyə əsas verir ki, bu dəfəki görüş haqlı olaraq, praqmatik dialoq sayıla bilər və bu vaxta qədər olan görüşləri nəzərə aldıqda sonuncunu diplomatiyanın yeni modeli adlandırmaqda hər kəs haqlıdır...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər