PDF Oxu

Siyasət

  • 1 402

Azərbaycan söz sahibidir

image

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin mövcud reallığı, ölkənin inkişafını və strateji hədəflərini müəyyən edən siyasi proqram xarakteri daşıyır. Bu müsahibə tək 2025-ci ilin hesabatı deyil, həm də dünyada Qalib kimi tanınmış dövlətin sabitlik manifestidir.

Bunlar hamısı güclü siyasi iradə, milli birlik və məqsədyönümlü dövlət siyasəti üzərində qurulmuş nailiyyətlərdir. Bu bir Liderlik fəlsəfəsidir. Prezident İlham Əliyevin müsahibəsinin ən mühüm məqamdan biri də ABŞ-dakı yeni administrasiya ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq müstəvisinə keçididir. Azərbaycan artıq geosiyasətdə iştirak edir.

Ölkə başçısı 44 günlük Vətən müharibəsindən sonra gedən quruculuq işlərindən də geniş danışdı və qeyd etdi ki, quruculuq işləri planlı, sistemli və uzunmüddətli strategiyaya əsaslanır, Böyük Qayıdış proqramı uğurla icra olunur.

2025-ci ilin ölkəmizin ən böyük uğuru də D-8 təşkilatına üzv olmaq idi. Yarananan gündən bu günə qədər təşkilata üzv olan ölkə olmamışdır. Azərbaycan ilk oldu.

Prezident İlham Əliyev: “Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər. Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq. Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik”.

Cənab Prezident İlham Əliyev xarici siyasətdə prioritetlərdən danışarkən, Çin Xalq Respublikasının əhəmiyyətini qeyd etdi: “Artıq indi Çin şirkətləri bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Elektrik, Günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var”.

Günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə, elektrik avtobuslarının yığılmasına başlanılıb. Bu təkcə yaşıl energetikanın deyil, həm də yaşıl nəqliyyatıin kişaf deməkdir. Bu istiqamətdə Çin şirkətlərini seçmək həqiqətən də düzgün seçimdir. Halhazırda Bakıda olan avtobusların bəziləri satın alınıb və bu il onların yığılmasına və gələcəkdə isə lokallaşması nəzərdə tutuluq.

Cənab Prezident İlham Əliyev: “Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var”.

Azərbaycan Güclü Dövlətdir. Azərbaycanın Güclü Lideri var!

Şəhla Xəlilova

YAP Yasamal rayon “H.Cavid pr. 131” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər