İndiki dövrdə Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası kontekstində 907-ci düzəlişin siyasi və hüquqi əsasları ciddi şəkildə sual yaradır. Bu baxımdan, düzəlişin ləğvi ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması və ABŞ-ın regionda beynəlxalq hüquqa əsaslanan siyasət yürütməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyev yerli televizya kanallarına verdiyi müsahibədə Tramp adminstrasiyasının, senatorların və konqres üzvlərinin 907-ci düzəlişi tamamilə ləğv etməli olduqlarını açıq şəkildə bildirdi.
Bildiyiniz kimi yeni müstəqillik qazanmış ölkələr üçün demokratik vəziyyətin bərpası və iqtisadi islahatların aparılması məqsədi ilə 6 avqust 1992-ci ildə ABŞ "Azadlığa Dəstək Aktı"nı qəbul etdi. Daha sonra bu aktda humanitar yardımlar, təhlükəsizlik və terrorizmlə mübarizə kimi yeni əlavələrdə edilmişdir. Təəssüflər olsunki uzun illər dövlətimizə qarşı torpaq iddialarından əl çəkməyən və həmin dövrlərdə torpaqlarımızın 20 faizini işğal edən, xalqımıza qarşı amansızlıqla soyqrımlar törədən Ermənistan bədnam əməllərindən əl çəkmir və Azərbaycana qarşı yeni-yeni təzyiqlər göstərməyə çalışırıdı. Erməni diasporu və lobbi təşkilatlarının ABŞ-dakı böyük təsirləri nəticəsində məhz həmin il 2 ay tamam olmamış oktyabrn 24-də "Azadlığa Dəstək Aktı"-da konqres üzvləri 907-ci düzəlişi edərək Azərbaycana qarşı birbaşa yardımları qadağan etdi. Bu düzəlişin edilməsinə göstərilən səbəb isə dahada ağlasığmazdır.Çünki 907-ci düzəlişdə Azərbaycan Dövlətinin Ermənistan və Dağlıq Qarabağa qarşı iqtisadi blokada tətbiq etməsini əsas gətirərək bu müddəanı qəbul etmişdir. Azərbaycan həmin dövrlərdə yeni müstəqillik qazanmış dövlətlər arasında yardımı və dəstəyi birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilmişdir. Lakin ölkə rəhbərinin dediyi kimi həmin dövrlərdə Türkiyəilə sərhədləri 1993-cü ilə qədər açıq olan Ermənistana, Qarabağ və ətraf ərazilərimizi işğal etmiş, xalqımıza qarşı soyqırımlar törətmiş Ermənistana blokada tətbiq edilməsi mümkünsüz və qəbul edilməz idi. Bu onu göstərirdiki Həmin dövrlərdə ABŞ konqresinin senatoru, daha sonra vitse-prezidenti vəprezidenti olmuş Joe Biden hakimiyyətinin və Ermənistan diasporunun Azərbaycana qarşı birgə düşmənçilik göstərməsinin bariz sübutudur. Hətta ölkə rəhbəri bildirdiki Biden hakimiyyətinə qədər 907-ci düzəliş hər il müvəqqəti olaraq dondurulurdu. Lakin ABŞ-ın Əfqanıstandan çəkilməsi öz müttəfiqlərini orda yalnız qoyması daha bizə ehtiyacının olmaması səbəbindən 907-ci düzəlişlə bağlı müddəanın dayandırılmasını qəbul etmədi.
Əlbətdə həmin dövrdə ərazilərimizin 20 faizinin işğal altında olduğu bir halda, təcavüzə və soyqrımlara məruz qalan tərəfə qadağalar tətbiq edilməsini ayrıseçkilik və ədalətsizlik kimi qiymətləndirmək olar. Ölkə rəhbərinində dediyi kimi “Dünyada ədalət yoxdur əgər dünyada ədalət olsaydı biz bu hala düşməzdik. Biz ədaləti özümüz öz gücümüzlə bərpa etdik.”
Ermənistan üzərində qazandığımız 44 günlük vətən müharibəsindəki mütləq qələbə və Cənab Prezidentin apardığı uğurlu xarici siyasət ABŞ kimi dünyanın ən güclü dövləti ilə yaxin və geniş əlaqələr yaratmağımıza gətirib çıxardı. Cənab Prezident İlham Əliyev və ABŞ prezidenti Donald Tramp arasında 907-ci düzəlişin ləğvi ilə bağlı rəzılığa gəlinmişdir.
Cənab Prezident İlham Əliyevin dediyi kimi " Bu gün 907-ci düzəliş simvolik xarakter daşısada masanı tamamilə keçmişin qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir!"
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası
Naxçıvan şəhər təşkilatının sədr müavini