PDF Oxu

Siyasət

  • 1 685

"Naxçıvanın inkişafında yeni dövr başlayır" - MÖVQE

image

"Prezident İlham Əliyevin Naxçıvanın Türkiyə ilə dəmir yolu ilə birləşdirilməsinin zəruriliyi barədə fikri çox önəmli bir məsələdir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.Onun sözlərinə görə, cənab Prezidentin bu çıxışında vurğuladığı əsas məsələ regional inteqrasiya ilə geosiyasi əhəmiyyətin ortaya qoyulmasıdır: "Düşünürəm ki, Zəngəzur dəhlizi ilə paralel alternativ yollar məsələsində Azərbaycanın heç bir problemi yoxdur. Zəngəzur dəhlizi ilə yanaşı, alternativ yolların çəkilməsinin Azərbaycanın rasional baxışını əks etdirdiyini demək olar.Ən önəmli məsələ isə Türkiyə-Azərbaycan əlaqələrinin logistika sahəsində, ümumilikdə isə daha da dərinləşdirilməsidir və yekun hədəf, şübhəsiz, Türk dünyasının əlaqələndirilməsidir. Şübhə yoxdur ki, iqtisadi inkişaf və tranzit potensialı baxımından sürətli ticarət marşrutu-Naxçıvan, Azərbaycan, oradan Türkiyə və Orta Dəhliz vasitəsilə Çin, Mərkəzi Asiya, Qafqaz və daha sonra Avropaya yönələn xətt-formalaşır. Bu da istər infrastrukturun, istərsə də logistika və nəqliyyatın inkişafında əhəmiyyətli reallıqlar doğurur.Qaldı ki, Naxçıvanın blokadadan çıxarılması məsələsi, bu prosesdə son dərəcə önəmli bir nöqtədə dayanır. Naxçıvan, açıq desək, həm sosial, həm də iqtisadi cəhətdən çətinliklərdən çıxacaq, eyni zamanda güclü turizm mərkəzinə çevriləcək. Əhalinin rifahına təsiri baxımından da bu məsələ mühüm əhəmiyyət daşıyacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər