PDF Oxu

Siyasət

  • 1 294

Kölgədən hakimiyyətə: Dövlət çevrilişi planının anatomiyası - ANALİZ

image

2025-ci ildə Azərbaycan siyasi mühiti ciddi bir olayla sarsıldı, Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkənin uzun müddət nüfuzlu siyasi simalarından biri hesab edilən Ramiz Mehdiyev və onun ətrafındakı bir qrupun “dövlət çevrilişi planı” hazırladığı barədə rəsmi məlumat yaydı. Bu iddialar rəsmi qurum tərəfindən bir sıra ağır cinayət maddələri, o cümlədən dövlətə xəyanət və ölkəmizin konstitusiya quruluşunu zorla dəyişdirmə cəhdi ilə təsvir edildi. Rəsmi məlumatlara görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı bir yazılı plan hazırlayıb və bu planı özünün xarici kanalları vasitəsilə tanış olduğu bir xarici dövlətin xüsusi xidmət orqanlarına göndərib.

Plana görə, Mehdiyev planlaşdırdığı çevriliş uğrunda xarici xüsusi xidmətlərlə əməkdaşlıq etməyi və hakimiyyəti zorla ələ keçirməyi nəzərdə tuturdu. Bu fəaliyyət rəsmi olaraq dövlətə xəyanət və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər kimi qiymətləndirilib. DTX-nin açıqlamasında həmçinin Mehdiyevin 17 milyon manatdan artıq pul vəsaitini cinayət yolu ilə əldə etdiyi və leqallaşdırdığı iddia edilir ki, bu da məsələnin yalnız siyasi deyil, eyni zamanda maliyyə cinayətləri aspekti də daşıdığını göstərir.DTX-nin verdiyi məlumata görə, yazılı planın xarici xüsusi xidmət orqanlarına göndərilməsi texniki olaraq qeydə alınıb və bu, təhlükəsizlik orqanlarına məlum olub. Sentyabrın 27-də planın ilkin variantı müəyyən şəxslərə təqdim edilib və oktyabrın 3-də final redaktəsi xarici tərəfə göndərilib. Bütün bu fəaliyyətlər DTX tərəfindən izlənilib və qeydə alınıb. Bu səbəbdən Mehdiyevə qarşı cinayət işi başlanıb və onun ev dustaqlığının müddəti uzadılıb. Rəsmi açıqlamalarda bu addımlar Azərbaycanın suverenliyinin və dövlət təhlükəsizliyinin qorunması üçün atılan zəruri tədbirlər kimi təqdim edilib.Bu hadisə təkcə daxili siyasət məsələsi deyil, onun arxasında daha geniş geosiyasi kontekst dayanır. 2024-cü ilin sonunda Rusiya tərəfindən vurulan AZAL sərnişin təyyarəsi ilə bağlı diplomatik gərginlikə görə Bakı ilə Moskva arasında münasibətlər ciddi şəkildə soyuyub. Bu, iki ölkə arasında münasibətləri yenidən qiymətləndirmək məcburiyyətinə gətirib. Bu hadisə ilə eyni zaman kəsiyində Mehdiyev çevriliş planını müəyyən xarici kanallar vasitəsilə Rusiyaya təqdim edib. Moskva isə gərginliyi azaltmaq, həm də planın perspektivsiz olduğunu anlayıb bundan öz xeyirinə istifadə etmək niyyəti ilə məsələni Azərbaycan tərəfinə bildirib.
Müstəqil ekspertlər bu hadisəni yalnız bir çevriliş cəhdi kimi deyil, həm də Azərbaycan siyasətindəki nüfuz mərkəzlərinin dəyişməsi və dövlət daxilində klan mübarizəsi kimi də şərh edirlər. Araşdırmalara görə, bu hadisə yalnız çevriliş iddiasından ibarət deyil, eyni zamanda bir “köhnə siyasi elitadan yeni nəsil hakimiyyət strukturuna keçid” mübarizəsinin də əlaməti ola bilər.Təhlillər göstərir ki, Mehdiyev tutduğu vəzifəni itirməyi qəbul edə bilməyib, təsir imkanlarının zəifləməsi də ona nüfuz mübarizəsini davam etdirmək iştahasını artırıb. Bu olay ictimaiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Əksəriyyət Ramiz Mehdiyevin əməllərini suverenlik və milli təhlükəsizliyə təhdid kimi qəbul edir, hakimiyyət orqanlarının atdığı addımları isə dövlət quruluşunun qorunmasında vacib tədbir kimi dəyərləndirirlər.Baş verən hadisələr yalnız bir cinayət işi deyil, bu, Azərbaycanın daxili siyasətində, onun geosiyasi mövqeyində və güc strukturlarında əhəmiyyətli bir dönüş nöqtəsidir. Ramiz Mehdiyevin planında çevriliş üçün xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək və hakimiyyəti zorla ələ keçirmək nəzərdə tutulurdu. Bu fəaliyyət rəsmi olaraq dövlətə xəyanət və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər kimi qiymətləndirilib. DTX-nin açıqlamasında həmçinin Mehdiyevin 17 milyon manatdan artıq pul vəsaitini cinayət yolu ilə əldə etdiyi və leqallaşdırdığı iddia edilir ki, bu da məsələnin yalnız siyasi deyil, eyni zamanda maliyyə cinayətləri aspekti də daşıdığını göstərir.Qeyd edək ki, son illərdə Azərbaycan açıq şəkildə “çoxvektorlu, lakin suveren prioritetli” siyasət modeli yürüdür. Türkiyə ilə strateji müttəfiqliyin dərinləşdirilməsi, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişləndirilməsi, Rusiya ilə praqmatik, lakin bərabərhüquqlu münasibət xətti, regional məsələlərdə müstəqil qərarvermə kursu Azərbaycanın heç bir güc mərkəzinin orbitinə tam daxil olmamaq strategiyası kimi qiymətləndirilir.Məhz bu balans siyasəti bəzi xarici güc mərkəzlərində narahatlıq yaradır, çünki Cənubi Qafqaz geosiyasi rəqabətin intensiv olduğu regiondur. Belə olan halda xarici xüsusi xidmətlərin maraqları burada toqquşur. Tarixi və beynəlxalq təcrübə göstərir ki, böyük güclər strateji regionlarda təsir rıçaqlarını qorumağa çalışırlar. Enerji marşrutlarına nəzarəti vacib hesab edirlər, özlərinə yaxın siyasi fiqurlar və ya şəbəkələrlə işləyirlər.Bu, yalnız Azərbaycana xas fenomen deyil, postsovet məkanında, Yaxın Şərqdə və Şərqi Avropada da oxşar dinamika müşahidə olunub. Ancaq vacib məqam budur ki, hər bir konkret hadisədə xarici müdaxilə iddiası hüquqi sübutlarla təsdiqlənməlidir. Analitik səviyyədə mümkün motivləri müzakirə etmək olar, lakin nəticə çıxarmaq üçün istintaq faktları əsasdır.Rəsmi açıqlamalara görə, “Ramiz Mehdiyev işi”nin mahiyyətində xarici strukturlarla işbirliyi var. Alternativ idarəetmə modeli təklif olunur, həm də kənar qüvvələrin əli və idarəçiliyi ilə. Bu, hadisə həm də xalqa xəyanətdir. Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmək üçün ən dəyərli insanlarını, minlərlə vətəndaşını qurban verib. Bu nizamı pozmağa, müstəqilliyimizin itirilməsinə bais və səbəb olmağa kimsənin haqqı yoxdur və bu kimi cəhdlərin qarşısı mütləq şəkildə alınmalı və günahkarlar ən ağır cəzaya layiq görülməlidirlər.Konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş fəaliyyət dövləti cinayətdir. Əgər istintaq materiallarında deyildiyi kimi, bu hadisə Azərbaycanın müstəqil kursuna qarşı yönəlmiş təşəbbüsdür. Dövlət təhlükəsizlik strukturlarının müdaxiləsi isə suverenliyin qorunmasıdır. Azərbaycanın hazırkı siyasi kursu bir neçə səbəbə görə həssasdır. Regionda Rusiya–Qərb rəqabəti xeyli kəskinləşib, enerji təhlükəsizliyi məsələləri Avropa üçün prioritetə çevrilib, Türkiyə ilə hərbi ittifaq genişlənməkdədir, İran və digər regional aktorlar öz maraqlarını ortaya qoymaq niyyətindədirlər. Belə şəraitdə informasiya müharibəsi, siyasi təsir əməliyyatları, bəzi şəxslərin imkanlarını bir daha imtahana çəkmək cəhdləri risk olaraq qalır.Bu, beynəlxalq münasibətlərdə adi alətlər hesab olunur. Təhlükəsizlik diskursunun güclənməsindən sonra adətən dövlətlər xarici əlaqələr üzərində nəzarəti gücləndirir, maliyyə axınlarını daha ciddi monitorinq edir, strateji sahələrdə daxili təhlükəsizlik tədbirlərini artırır. Bu isə iki paralel nəticə doğura bilər, dövlətin institusional möhkəmlənməsi və siyasi və ictimai mühitdə daha sərt tənzimləmə. Balans burada əsas məsələdir.“Ramiz Mehdiyev işi” eyni zamanda xaricə verilən mesaj kimi də oxuna bilər. Azərbaycan öz daxili siyasi proseslərinə xarici müdaxiləni qəbul etmir və suveren qərarvermə hüququnu qorumağa hazırdır. Belə mesajlar xüsusilə regional güclər üçün nəzərdə tutulmuş ola bilər. Xarici xüsusi xidmətlərin Azərbaycanın müstəqil siyasətindən narahat olması nəzəri baxımdan mümkündür, çünki region strateji əhəmiyyət daşıyır və balans siyasəti böyük güclərin təsir imkanlarını məhdudlaşdıra bilər.

V.VƏLİYEV

Digər xəbərlər