“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında görüş keçirilib. Tədbirin giriş sözündə bütün qadınları “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib:-Qadınların cəmiyyətimizin inkişafında, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rolu vardır. Azərbaycan qadını tarix boyu öz müdrikliyi, fədakarlığı və Vətənə bağlılığı ilə seçilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda fəallığının artırılması və müxtəlif sahələrdə yüksək mövqelərə yüksəlməsi üçün geniş imkanlar yaradılıb.
Daha sonra çıxış edən Lerik şəhər 2 saylı ƏPT-nin sədri Gültəkin Şıxəliyeva və digər partiya fəalları qadınlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, belə tədbirlərin qadınların cəmiyyətdə rolunun daha da güclənməsinə töhfə verdiyini bildirib, Azərbaycan qadınları bu gün ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında fəal iştirak edərək dövlətimizin inkişafına öz layiqli töhfələrini verdiyini deyiblər.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.
Məlumat üçün qeyd edək ki, görüşdə partiya əməkdaşları, ərazi partiya təşkilatlarının xanım sədrləri və partiyanın fəal qadınları iştirak ediblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü