PDF Oxu

Siyasət

  • 1 311

"Bakı beynəlxalq şəhərsalma dialoqunun mərkəzinə çevrilir" - ŞƏRH EDİLDİ

image

"May ayında Azərbaycanda keçiriləcək beynəlxalq şəhərsalma tədbiri yalnız urbanistika və infrastruktur mövzularını müzakirə etməklə kifayətlənmir, həm də ölkənin regional və qlobal diplomatik statusunu möhkəmləndirən mühüm faktor kimi çıxış edir. Bu cür tədbirlər Azərbaycan üçün həm ölkədaxili inkişafın beynəlxalq səviyyədə tanıdılması, həm də strateji tərəfdaşlarla daha sıx əlaqələrin qurulması baxımından vacibdir".Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Azərbaycan son illərdə müxtəlif sahələrdə beynəlxalq tədbirlər təşkil etməklə yalnız ölkənin iqtisadi potensialını deyil, eyni zamanda diplomatik çevikliyini də nümayiş etdirir: "Şəhərsalma forumu bu baxımdan unikaldır, çünki şəhərsalma yalnız memarlıq və urbanizasiya məsələsi deyil, o həm də regional planlaşdırma, dayanıqlı iqtisadi inkişaf və ekoloji təhlükəsizlik sahələrində ölkələrin bir-biri ilə əməkdaşlıq imkanlarını formalaşdırır. Belə bir tədbir vasitəsilə Azərbaycan həm də qonşu ölkələr və beynəlxalq təşkilatlarla strateji dialoq üçün yeni platforma yaradır.Xüsusilə regionun geosiyasi kontekstini nəzərə alsaq, bu cür tədbirlər Azərbaycanın diplomatik nüfuzunun artırılmasına birbaşa təsir edir. Azərbaycan Qafqazın strateji mərkəzində yerləşir və enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərində mühüm rol oynayır. Beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi etməsi, ölkənin regional məsələlərdə fəal tərəfdaş kimi görünməsini təmin edir. Forum həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir, digər ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq və praktik həll yollarını bölüşmək imkanı yaradır.Bu tədbir həm də Azərbaycanın yumşaq güc strategiyası baxımından önəmlidir. Ölkənin mədəniyyətini, multikultural dəyərlərini və müasir şəhərsalma təcrübələrini beynəlxalq qonaqlara təqdim etməsi diplomatik mesaj rolunu oynayır. Belə tədbirlər ölkənin imicini yalnız regional lider kimi deyil, həm də innovativ və modern yanaşmaları olan dövlət kimi təqdim edir. Bu isə gələcəkdə həm turizm, həm də beynəlxalq layihələr baxımından əlavə üstünlüklər gətirir. Bundan başqa, şəhərsalma tədbiri regional əməkdaşlığın inkişafında platforma rolunu oynayır. Azərbaycan forum zamanı digər ölkələrdən gələn nümayəndələrlə birgə şəhər planlaşdırılması, ekoloji tələblər və enerji effektivliyi sahəsində fikir mübadiləsi aparacaq. Bu, ölkəyə həm praktiki biliklər qazandırmaq, həm də regional layihələrdə tərəfdaşlıq imkanlarını genişləndirmək üçün yeni imkanlar verəcək.Ümumi olaraq qeyd edə bilərəm ki, may ayında keçiriləcək şəhərsalma tədbiri Azərbaycanın beynəlxalq arenada həm strateji, həm diplomatik, həm də iqtisadi mövqeyini gücləndirən hadisə olacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər