PDF Oxu

Siyasət

  • 583

Qubada aşkarlanan kütləvi məzarlıq -ŞƏRH

image

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı haqqında həqiqətlərin üzə çıxarılması istiqamətində son dövrlər mühüm işlər görülmüşdür. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ninyaradılmasına qərar vermişdir. 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş, 5 hissədən ibarət, ümumi sahəsi 3,5 hektar olan kompleksin açılışı 2013-cü il sentyabrın 18-də olmuşdur. Kompleksdə nümayiş olunan eksponatlar bizim tariximizi göstərir və hər zaman ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Saday Qasımov

Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi

Digər xəbərlər