PDF Oxu

Siyasət

  • 1 231

YAP Göygöl rayon təşkilatında tədbir keçirilib - FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının Yeni Qızılca kənd Ərazi partiya təşkilatında da "Azərbaycanın sülhpərvər və ədalətli mövqeyi" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının məsul əməkdaşları Semur Əsgərov, Namiq Məmmədov və partiya fəalları iştirak ediblər.

Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının məsləhətçisi Semur Əsgərov, Partiya veteranı Ofeliya Rəhimova, Partiya fəallarından Yeganə İsgəndərova, Aytəkin Zeynalova, Aysel Mustafayeva və digərləri çıxış ediblər. Natiqlər müasir, müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli inkişaf yolundan və əldə etdiyi uğurlardan danışıb, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərinindən söhbət danışıblar. Həmçinin bildirilib ki, Azərbaycan bu gün regionun lider dövləti olaraq Cənubi Qafqazda yeni reallıqlar yaradıb və ədalətli, sülhpərvər mövqeyə malik olan ölkələr bu reallıqlardan layiqincə yararlanır, inkişaf edir.

Çıxışlarda Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfərindən geniş söhbət açılıb, Azərbaycan və Gürcüstan arasındakı qarşılıqlı münasibətlərin yeni reallıqlar fonunda inkişaf edərək yüksəldiyi vurğulanıb. Xüsusilə energetika sahəsində görülən işlər və ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımların atılması hər iki ölkənin iqtisadi inkişafına öz müsbət təsirini göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, qarşılıqlı etimada, ortaq maraqlara və strateji baxışa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edir və bu münasibətlər gələcək üçün geniş perspektivlərə malikdir. Eyni zamanda sülhə, ədalətə və dinamik inkişafa əsaslanan bu tərəfdaşlıq təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra Ərazi partiya təşkilatlarının fəaliyyəti müzakirə olunaraq qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, partiya üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər