PDF Oxu

Siyasət

  • 845

Viktor Orban rekordunu yeniləyə biləcəkmi?

image

Macarıstanda keçirilən 2026-cı il parlament seçkiləri seçici fəallığının rekord səviyyəyə yaxınlaşması ilə yadda qalır. Yerli ekspertlərin fikrincə, bu dinamika ölkənin siyasi sabitliyinə və hakimiyyətin güclü ictimai dayaqlarına işarə edir.

“Republikon” Fondunun rəhbəri Qabor Horn bildirib ki, səhər saatlarından qeydə alınan yüksək iştirak göstəriciləri əvvəlki seçkilərlə müqayisədə xeyli irəlidədir və hətta 2002-ci ildə qeydə alınmış 73,5 faizlik rekordun belə yenilənməsi mümkündür.

Rəsmi məlumatlara əsasən, artıq səhər saat 09:00-a qədər seçicilərin təxminən 16,89 faizi səsvermədə iştirak edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Analitiklər hesab edir ki, seçicilərin bu qədər fəal olması hakim Viktor Orban və onun rəhbərlik etdiyi Fidesz partiyasının güclü mobilizasiya qabiliyyətini nümayiş etdirir. Xüsusilə regionlarda və xaricdə yaşayan macar seçicilər arasında müşahidə olunan yüksək aktivlik hakim komandanın təşkilati üstünlüyünü ortaya qoyur.

Seçkilər iki əsas siyasi qüvvə arasında rəqabət şəraitində keçsə də, müşahidəçilər qeyd edir ki, hakimiyyət tərəfdarlarının intizamlı şəkildə səsverməyə cəlb olunması nəticələrə ciddi təsir göstərə bilər.

Beynəlxalq müşahidəçilər də bu seçkiləri diqqətlə izləyir. Bununla belə, bir çox ekspertlər vurğulayır ki, seçici fəallığının yüksək olması demokratik legitimliyin güclənməsi ilə yanaşı, mövcud hakimiyyətin cəmiyyət daxilində möhkəm dayaqlara malik olduğunu təsdiqləyir.

Beləliklə, seçki günündə qeydə alınan rekord iştirak səviyyəsi Viktor Orban hökumətinin davamlı siyasi təsir gücünün və seçici bazasının səfərbərlik potensialının bariz göstəricisi kimi qiymətləndirilir.

Digər xəbərlər