PDF Oxu

Siyasət

  • 1 037

Xəyalsız illərim - FOTOLAR

image

20 aprel 2026-cı il tarixində Ağstafa rayonunda Vətən müharibəsinin ilk günlərindən könüllü cəbhəyə yollanan şəhid Əlizadə Xəyal Nəsrəddin oğlunun həyatından bəhs edən “Xəyalsız illərim” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları, “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının nümayəndələri, şəhid ailələri iştirak ediblər. İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa Mədəniyyət Mərkəzinin direktoru Xuraman Əzimova çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çaldığımız vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən danışıb. Qeyd olunub ki, bu gün hər birimizin fəxr etdiyi Zəfər 44 günlük müharibə zamanı verilən düzgün hərbi-siyasi qərarlar və şəhidlərimizin qanı bahasına qazanılıb. Xəyal Əlizadə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu və digər şəhidlərimiz kimi, Azərbaycanın qürur tarixində silinməz iz qoydu. Ona həsr olunmuş bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağı vurğulanıb.

Kitabın müəllifi Xatirə Əliyeva qeyd edib ki, 44 günlük Vətən mühribəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş Xəyalın simasında qəhrəman oğullarımızın ümumiləşdirilmiş obrazını təqdim edib. Bu kitab şəhid qəhrəmanımızın xatirəsini əbədiləşdirən söz abidəsidir.

Daha sonra çıxış edən natiqlər - “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, partiya fəalları Əsli Qocayeva, Zəminə Dəmirçiyeva, Saqif Babayev, Rüfət Axundov əsgərlərimizin qəhrəmanlığından, ordumuzun şanlı qələbə qazanmasından danışıblar, hər bir gəncin hər an vətənin müdafiəsinə hazır olmağının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Şəhid Xəyal Əlizadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər