Astara Pedaqoji Kollecində təşkil olunan növbəti maarifləndirici tədbir “İnsan hüquqlarının müdafiəsinin gücləndirilməsi” adlanırdı. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq keçirilən tədbirdə çıxış edənlər- "Tarix, coğrafiya və pedaqoji fənlər" FBK-nın müəllimləri Elçin Mahmudov, Şükran Şabanov, Mətanət Ağazadə insan hüquqlarının cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək, hüquqi dövlət quruculuğunda bu sahəyə göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını bildirdilər. Eyni zamanda, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən islahatlar, qəbul olunan qanunvericilik aktları və institusional tədbirlər barədə geniş məlumat verən natiqlər onu da əlavə etdilər ki, insan hüquqlarının effektiv müdafiəsi yalnız dövlət qurumlarının deyil, həmçinin vətəndaş cəmiyyətinin, təhsil müəssisələrinin və hər bir fərdin fəal iştirakını istəyir.
Əsas məqsədi insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud problemləri müzakirə etmək və hüquqi biliklərin artırılmasına töhfə vermək olan tədbir çərçivəsində iştirakçıların suallarına cavab verildi, eləcə mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü