“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşkilatçılığı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon üzrə təhsil sektoru və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon üzrə nümayəndəliyinin iştirakı ilə inşa yazı, bədii qiraət, mahnı və rəsm nominasiyaları üzrə şagirdlər arasında keçirilən ümumrayon müsabiqəsi final mərhələsindədir.
22 aprel 2026-cı il tarixdə Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən Laçın rayon uşaq musiqi məktəblərinin və ümumtəhsil müəssisələrinin şagirdləri öz bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsində şagirdlərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin əsas məqsədi Ulu Öndərin bizə miras qoyduğu zəngin dəyərləri gənc nəslin qəlbinə köçürmək, onları vətənə sadiq ruhda böyütmək və daxili yaradıcılıq işığını alovlandırmaqdır.