Faşizm və ermənizm dünya dövlətləri və xalqları üçün təhlükə mənbəyi olaraq qalır. Hətta onlar nüvə silahından da təhlükəli hesab olunurlar. Çünki nüvə silahından istifadə riski demək olar ki, sıfıra bərabərdir. Yəni dünyanın güc mərkəzləri nüvə silahının yayılması və terrorçuların əlinə keçməməsi üçün müvafiq müqavilə imzalayıblar. Hansısa terrora meyilli dövlət nüvə silahı əldə etməyə xəyal edərsə, dərhal aparıcı dövlətlər onun qarşısını almağa çalışırlar. Buna misal olaraq, ABŞ-ın nüvə silahı əldə etməyə çalışan fars-molla rejiminə qarşı cəza tədbirləri həyata keçirməsini göstərmək olar. Artıq 40 günlük zərbələrdən sonra molla rejimi uranın zənginləşdirilməsinə və nüvə silahı əldə etməkdən imtina edib. Tam nəticənin əldə edilməsi istiqamətində isə hələ ki, iş aparılır. Yəqin ki, yeni fəlakətlər və faciələrlə üzləşməmək üçün molla rejimi dünya birliyinin şərtlərini və tələblərini yerinə yetirməli olacaq. Bununla da terroru dövlət siyasətinə çevirən molla rejimi nüvə silahı əldə edə bilməyəcək. Nəticədə sivil dünya rahat nəfəs alacaq. Lakin faşizmin və ermənizmin yayılmasının qarşısını almaq mümkün deyil. Bu da hər iki terror ideologiyanın daşıyıcılarının fəaliyyətlərini müyyən müddətə qədər gizli aparıb, sonradan məqsədlərini həyata keçirmək üçün üzə çıxmalarıdır. Tarixi faktlara nəzər yetirək: 1880-ci ildə ermənilər tərəfindən yaradılmış “Armenakan” təşkilatı bir necə il gizli fəaliyyət göstərmiş və nəhayət 1885-ci ildə fürsət yarandığı anlayaraq üzə çıxıb, Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədiblər. İlk terror aktları zamanı 10 minə yaxın insan qətlə yetirilmişdir. 1887-ci ildə Cenevrədə yaradan “Hnçak” partiyasının əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, “Rus” və “İran” ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaq olub, “Hnçak” partiyasının proqramının 4-cü bəndində göstərilir ki, “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”.
“Daşnaksütyun”un şüarı: “azərbaycanlını hər yerdə, hər bir şəraitdə öldür”
1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” partiyası Azərbaycanın Naxçıvan, Qarabağ və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq üçün terror vasitəsindən istifadə ediblər. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə və azərbaycanlılara qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Qurultayda əsas şüarları və çıxışları - azərbaycanlını hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!- olmuşdur. Bu separatçı şüar terror təşkilatının rəhbərliyi tərəfindən sıravi üzvlərə, ümumilikdə bütün ermənilər üçün əmr hesab olunmuşdur. Əmri yerinə yetirməyənlər ciddi şəkildə cəzalanırdılar.
1973-cü ildə fəaliyyətə başlamış “Erməni intiqamçıları” qrupu 1980-1982-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmişlər.“Erməni gizli azadlıq ordusu” 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.1975-ci ildə yaradılan “ASALA”-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri “ASALA”-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan“Nyu-York Tayms” qəzetinin 1980-ci il 1 avqust sayına verdiyi müsahibəsində bildirmişdir ki, onların hədəfi türklər və azərbaycanlılardır: “Bizim düşmənimiz türkdir. O türklərə qarşı növbəti terror aktı törətməyə cəhd edən zaman 28. 04. 1988-ci ildə Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində “ASALA” birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 28. 08. 1993-cü ildə açıqlanmasında bildirmişdir ki, “ASALA” Bakı-Tbilisi-Ceyhan ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcək. Dəfələrlə kəmərə qarşı terror aktlarını da məhz “ASALA” həyata keçirmişdir. «Erməni azadlıq hərəkatı» (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.«Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır. «İntiharçılar eskadronu»: 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.«Apostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. 30 illik işğal dövründə ermənilər Azərbaycanın minlərlə insanını qətlə yetirmiş, şəhərlərini, kəndlərini dağıtmışlar. Ağdamı, Füzilini “Qafqazın Xirosimosu”na çevirmişlər. Onları yalnız 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam efən Vətən Müharibəsi zamanı həyata keçirilən “Dəmir yumruq” əməliyyatı susdurdu. Məhz bu əməliyyatdan sonra ermənizm ən azı 100 il özünə gəlib, toparlanması mümkünsüz hala çevrildi. Artıq Azərbaycanın işğaldan azad edilən torpaqları rahat nəfəs alır. İnsanlar təmir, tikinti, quruculuq işlərindən sonra doğma yurd-yuvalarına qayıdırlar. Bununla da bölgəyə yeni nəfəs, yeni həyat bəxş edirlər.
Faşizmə qarşı mübarizədə azərbaycanlılar böyük qəhrəmanlıqlar göstəriblər
Azərbaycan xalqı olaraq faşizmindən də böyük əziyyətlər çəkib, məşəqqətlər görüb, minlərlə insan itkisi ilə üzləşmişik. İkinci dünya müharibəsi illərində 600 mindən çox azərbaycanlı cəbhəyə yollandı, onların yarıdan çoxu həyatını itirdi, yarımçıq ömür yaşadı. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq SSRİ rəhbəri İosif Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılaraq Zaqafqaziya hərbi dairəsində yerləşdirildi, 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər.Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etdi, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçdi, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərdi. Ümumilikdə müharibə dövründə 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olundu, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq və qəhrəmanlıq göstərərək düşmənə ağır zərbələr endirdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər.
General-mayor Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Azərbaycanlı əsgər və zabitlər 1942-ci ildə Şimali Qafqazın və 1943-cü ildə Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etdi, nasist ordusunun darmadağın edilməsində sovet silahlı qüvvələrinə yaxından köməklik göstərdilər. Şimali Qafqaz uğrunda döyüşdə Qafur Məmmədov və İdris Süleymanov göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Ukraynanın azad edilməsində böyük xidmətlərinə görə M.Məhərrəmova, M.Ələkbərova, Ə.Məmmədova və F.Səfərova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.
Azərbaycanın oğul və qızları faşistlərin Buhenvald, Mauthauzen, Dahau, Zaksenhauzen, Ravensburyuk, Treblinka və başqaları ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.
1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı olub. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular.
Cəbhədə göstərilən igidlik arxa cəbhədə də davam etdirilmişdir
Müharibə də döyüşməklə canlarını qurban verən oğullarımızla yanaşı arxa cəbhədə xalqımız cəbhəyə neft və neft məhsulları ixrac edirdi. Müharibə illərində Bakıda 130 növdə silah və döyüş sursatı istehsal edilirdi. İnsanlar şəxsi vəsaitlərindən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl verilib. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələrindən 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə tibbi ləvazimatlar və sarğı vasitələri göndərilib.
O illərdə Sovet İttifaqında hasil olunan aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən SSRİ neft sənayesi naziri, daha sonra isə SSRİ Nazirlər Soveti Dövlət Plan Komitəsinin sədri olmuş Nikolay Baybakov demişdir: "Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 1940-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.
Bütün bu tarixi reallıqlara əsasən qeyd edilməlidir ki, faşizm və ermənizm bəşəriyyət üçün dəhşətli faciələr yaradıblar. Düzdür yuxarıda qeyd etdiyim kimi onlara qarşı əməliyyatlar keçirilb və zərərsizləşdirliblər. Lakin hazırda Avropada cərəyan edən hadisələr, xüsusilə də Almaniyanın, Fransanın, Niderlandın, eləcə də Ermənistandakı bəzi revanşistlərin ermənizmin və faşizmin cücərdilməsinə xidmət edən açıqlamaları onu deməyə əsas verir ki, təhlükə hər an üzə çıxa bilər. Ona görə də, dünyanın sivil xalqları ayıq-sayıq və ehtiyatlı olmalıdır.
İ. ƏLİYEV