PDF Oxu

Siyasət

  • 547

Lənkəranda qanvermə aksiyası təşkil edilib - FOTOLAR

image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Lənkəran rayon təşkilatında xeyriyyə məqsədi ilə qanvermə aksiyası təşkil edilib. Aksiyada YAP Lənkəran rayon təşkilatının əməkdaşları, YAP fəalları, rayonun idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas təhsil ocaqlarının nümayəndələri də daxil olmaqla 150 nəfərə yaxın partiya üzvü könüllü şəkildə iştirak ediblər.

Qanvermə aksiyasına Respublika Qan Bankının Lənkəran Bölməsini təmsil edən tibbi heyət cəlb olunub. Həkimlər tərəfindən hər bir donor müvafiq tibbi müayinələrdən keçdikdən və onların sağlamlıq vəziyyətləri qiymətləndirildikdən sonra, sağlamlıqları imkan verən şəxslər donor kimi qanverməyə cəlb ediliblər.

Aksiya talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək, Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə vermək və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətini təşviq etmək məqsədi daşıyıb.

Keçirilən qanvermə aksiyası partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının bariz nümunəsidir. Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev mütəmadi qan köçürülməsinə ehtiyacı olan pasiyentlər üçün hər bir donorun verdiyi qan həyatın qorunmasında əvəzsiz rol oynadığını, bu kimi təşəbbüslərin davamlı şəkildə reallaşdırılması cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verdiyini bildirib. Qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün sağlamlığı imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırıb. O, sonra YAP Lənkəran rayon təşkilatı olaraq həmişə cəmiyyətə faydalı sosial təşəbbüslərdə iştirak etməyə davam edəcək, sağlamlıq və həyat naminə göstərilən bu kimi humanitar fəaliyyətləri dəstəkləyəcəklərini dilə gətirib. Sonda belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə, partiya fəallarına minnətdarlığını bildirib. Aksiya YAP sədri İ.Əmənullayevin qan verməsi ilə başlayıb, sonra təşkilatın üzvləri, daha sonra isə askiyada iştirak edənlərlə başa çatıb.

Digər xəbərlər