Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Lənkəran rayonunda məktəblilər arasında bilik yarışı keçirilmişdir.Tədbir Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutmuşdur.Yarışda rayon üzrə 5 coğrafi zonanı təmsil edən komandalar iştirak etmiş, hər komanda 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 6 nəfərlə təmsil olunmuşdur. İştirakçılar Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və Azərbaycan tarixində rolu ilə bağlı sualları cavablandırmışlar.
Tədbir 7 may 2026-cı il tarixində saat 10:00-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin akt zalında keçirilmişdir.Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Açılış nitqi ilə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tədbirin əhəmiyyətindən danışaraq Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinin gənc nəsil üçün örnək olduğunu bildirib. O qeyd edib ki, belə bilik yarışları məktəblilərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir. İqbal Əmənullayev iştirakçılara uğurlar arzulayıb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında bu cür tədbirlərin şagirdlərin bilik və dünyagörüşünün inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Heydər Əliyev irsinin öyrənilməsinin gənclər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bəhruz Mehdiyev iştirakçı komandaları təbrik edib.
Lənkəran şəhəri üzrə təhsil sektorunun müdiri Ağamməd Şəmmədov çıxışında yarışın təşkilinə görə əməyi olanlara təşəkkürünü bildirib. O qeyd edib ki, belə tədbirlər şagirdlərin elmə marağının artırılmasına xidmət edir. Ağamməd Şəmmədov iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, YAP fəalları, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları və müəllim heyəti iştirak etmişlər.
Yarışın yekununda qalib komandalar müəyyən edilərək Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən diplom, təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş təhsil işçilərinə üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbirin sonunda çıxış edənlər bu kimi maarifləndirici tədbirlərin şagirdlərin bilik səviyyəsinin artırılmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.