PDF Oxu

Siyasət

  • 465

Hər cür hörmətə layiq el ağsaqqalları - FOTOLAR

image

Astara rayonunda Orucəli Cabbar oğlu Rzayev, Sədaqət Xudaqulu oğlu Əliyev xeyirxah əməlləri, ədəb-ərkanı, ləyaqəti ilə el-obanın xətir-hörmətini qazanıblar. Hər iki şəxsin həyat eşqi, bütün fəaliyyəti özünü bilən gündən yalnız nəcib məqsədlərə köklənib. Cəmiyyətdə üzərinə düşən məsuliyyəti düzgün dərk etməklə, xalqa, dövlətə sədaqətlə xidmət göstəriblər. İndinin özündə də yaxşı əməldən qalmırlar, şəxsi nümunələri, ağıllı sözləri, müdrik məsləhətləri ilə gənclərə düzgün yol göstərir, onlara vətənpərvərlik, milli ləyaqət hissi aşılayırlar. Məqamında imkansızlara dayaq durmaq, əllərini çörəyə çatdırmaq əzəldən onların həyat kredosu olub.
El ağsaqqalları- Orucəli Rzayev ömrünün 70, Sədaqət Əliyev isə 75 ilini yaşayırlar. Dahi şəxsiyyət Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının veteran üzvləri kimi də Azərbaycanın xoş gələcəyi üçün vicdanla çalışırlar. Ümummilli Liderin ideyalarına sadiq qalmaqla, dövlət başçısı İlham Əliyevin apardığı siyasətini dəstəkləyir, ölkəmizin tərəqqisini, xalqın xoş güzəranını məhz bu yolun düzgünlüyündə görürlər.
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında Orucəli Rzayevin, Sədaqət Əliyevin yubiley yaşları münasibətilə görüş keçirildi. Təşkilatın sədri Həbib Cəfərov və əməkdaşlar yubilyarları təbrik edərək, onlara xoş arzularını bildirdilər. Həmçinin onlara YAP rayon təşkilatının “Təşəkkürnamə” və xatirə hədiyyələri təqdim olundu.
Yubilyarlar isə öz növbəsində göstərilən diqqət və qayğıya görə Partiya rəhbərliyinə dərin minnətdarlığını ifadə etdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər