PDF Oxu

Siyasət

  • 530

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı mühüm sahələrdəndir - ŞƏRH

image

Bu sahə yalnız insanların ərzaq təminatı ilə məhdudlaşmır, eyni zamanda regionların inkişafında, məşğulluğun artırılmasında və kənd əhalisinin sosial rifahının yüksəlməsində böyük rol oynayır. Son illərdə ölkədə aqrar sahəyə göstərilən diqqət daha da artmış, yeni proqramlar və layihələr həyata keçirilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Prezident çıxışında qeyd edib ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O vurğulayıb ki, regionların sosial-iqtisadi inkişaf proqramları qəbul edilərkən aqrar sahənin gücləndirilməsi əsas prioritetlərdən biri olub. Bu proqramların nəticəsində kəndlərdə yol, qaz, elektrik və su təminatı yaxşılaşdırılmış, fermerlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradılmışdır. Dövlət başçısı bildirib ki, əvvəllər bir çox kəndlərdə infrastruktur problemləri mövcud olsa da, bu gün həmin çətinliklərin böyük hissəsi aradan qaldırılıb.Müşavirədə kənd təsərrüfatının gələcək inkişaf istiqamətləri də geniş müzakirə olunub. Prezident İlham Əliyev intensiv bağçılığın genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib. O bildirib ki, xüsusilə meyvəçilik üçün əlverişli bölgələrdə yeni intensiv bağların salınması həm daxili bazarın təmin olunmasına, həm də ixrac imkanlarının artmasına xidmət edəcək. Bu məqsədlə yaxın illərdə minlərlə hektar yeni bağ sahələrinin yaradılması nəzərdə tutulur. Dövlət başçısı Zəngilan və digər azad edilmiş ərazilərdə salınan müasir bağların artıq məhsul verməsinin sevindirici hal olduğunu da diqqətə çatdırıb.Çıxış zamanı istixana təsərrüfatlarının inkişafı məsələsinə də toxunulub. Prezident qeyd edib ki, Azərbaycanda hazırda geniş istixana kompleksləri fəaliyyət göstərir və bu sahənin daha da böyüdülməsi planlaşdırılır.

Şəhla Cəfərova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər