Müstəqillik əldə edildikdən sonra ölkənin qarşısında duran əsas vəzifələrdən biri neft-qaz ehtiyatlarından səmərəli istifadə etməklə iqtisadi inkişafı təmin etmək, xarici investorları cəlb etmək və enerji sektorunu beynəlxalq əməkdaşlıq platformasına çevirmək idi. Bu baxımdan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan ən əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşmüşdür.Xəzər Neft və Qaz Sərgisi ilk dəfə keçirildiyi vaxtdan etibarən dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, enerji şirkətlərini, investorları və mütəxəssisləri bir araya gətirmişdir. Sərgi Azərbaycanın zəngin enerji potensialının beynəlxalq ictimaiyyətə təqdim olunması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və ölkənin enerji sektoruna investisiyaların cəlb edilməsi üçün mühüm platforma rolunu oynamışdır. Məhz bu tədbirlər nəticəsində Azərbaycan qısa müddət ərzində qlobal enerji bazarının etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətini artıran əsas amillərdən biri onun ölkənin enerji siyasətinin formalaşmasına verdiyi töhfədir. Bu sərgi çərçivəsində keçirilən görüşlər, konfranslar və müzakirələr yeni layihələrin həyata keçirilməsinə, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsinə və neft-qaz sənayesinin modernləşdirilməsinə şərait yaratmışdır. Eyni zamanda, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə əlaqələrinin möhkəmlənməsi və uzunmüddətli tərəfdaşlıqların qurulmasında sərginin xüsusi rolu olmuşdur.Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab olunan bir çox mühüm layihələrin təməli də məhz bu platformada qoyulmuşdur. Neft və qaz yataqlarının işlənilməsi, ixrac marşrutlarının genişləndirilməsi, boru kəmərlərinin inşası və enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılan müzakirələr sonradan real layihələrə çevrilmişdir. Bu layihələr ölkə iqtisadiyyatının inkişafına əhalinin rifahının yüksəlməsinə əhəmiyyətli təsir göstərmişdir.
Cahandur Məhərrəmov
YAP Şərur rayon təşkilatının məsləhətçisi