PDF Oxu

Siyasət

  • 1 169

Kəngərli rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

image

Kəngərli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Kəngərli rayon Mədəniyyət sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli rayon İcra Hakimiyyəti başçısı Kamal Ələkbərov 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni ağır siyasi böhrandan xilas edərək müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğulayıb. Bildirib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində yeni bir mərhələnin başlanğıcı olub. Həmin dövrdə əsası qoyulan sabitlik və dövlətçilik ənənələri bugünkü uğurlarımızın əsasını təşkil edir.
Tədbirdə çıxış edən YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva qeyd edib ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olmaqla yanaşı, sonrakı nailiyyətlərimizin də möhkəm təməlidir. Ümummilli Liderin formalaşdırdığı güclü dövlətçilik modeli sayəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib, ölkəmizin iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasəti bu gün uğurla davam etdirilir. Milli Qurtuluşdan başlanan inkişaf yolu xalqımızı tarixi Zəfərə qovuşdurmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər