PDF Oxu

Siyasət

  • 914

Heydər Əliyevin ordu quruculuğu siyasəti - Rəşadətli Ordu

image

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Orta Ləki kənd ərazi partiya təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü ilə bağlı “Heydər Əliyevin orduquruculuğu siyasəti - Rəşadətli Ordu” mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü, həmçinin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov açaraq Silahlı Qüvvələr Gününün tarixindən bəhs edib. "Rəşadətli Azərbaycan Ordusunun Zəfəri müasir hərb elmində yeni strategiya olaraq öyrənilir", - deyə İsa Eminov qeyd edib. Müasir Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir və Azərbaycan Ordusunun arsenalı davamlı olaraq yenilənir. Bütün bunlar Prezident İlham Əliyevin bu sahədə gördüyü mislisiz işlərin nəticəsidir.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxış edərək bildirib ki, müstəqil Azərbaycanda orduquruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər dövründə Bakıda C.Naxçıvanski adına hərbi liseyin yaradılmasına diqqət çəkən A.Şahmuradov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bu düşünülmüş siyasəti Azərbaycanın gələcək müstəqilliyi üçün atılmış fundamental addım olmuşdur. Ulu Öndər Heydər Əliyevin orduquruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun həyata keçirilməsi Ordumuzu davamlı olaraq gücləndirmiş və qalib orduya çevirmişdir.
Partiya fəallarından Sona Məmmədova, Röyal Əliyev, Amil Ağayev və Fuad Əhmədli çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığından bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahədəki yüksək xidmətlərini vurğulayıblar. Bildirilib ki, Azərbaycanın Zəfərinin əsasını xalq-Ali Baş Komandan-ordu birliyi təşkil edir.

Digər xəbərlər