PDF Oxu

Siyasət

  • 716

Zəfər şəhidinin şərəfinə futbol yarışı

image

44 günlük haqq savaşımızda xalqımızın igid, qeyrətli övladları əsir Qarabağımızı qanları bahasına yağı tapdağından azad edərək şərəfli bir tarix yazdılar. Azərbaycanın müqəddəsliyini canından əziz tutan belə igidlərdən biri də cənub mirvarisi Lənkəran elində boya-başa çatan şəhid Afərin Qulamzadədir. Vətən sevdalısı bu işıqlı dünyada cəmi 21 il yaşadı. Qaldı ki, yaşının çərçivəsinə sığmayan qəhrəmanlığı ilə əbədi bir ömür qazandı. Həmçinin ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Afərin nəinki bir ailənin, bütün Azərbaycan xalqı üçün əzizdir. Milyonların ürəyində özünə məkan quran qəhrəman heç vaxt unudulmur, hər zaman sevgi, məhəbbətlə xatırlanır. Doğma Lənkəran rayonunda vaxtaşırı olaraq onun adı ilə bağlı tədbirlər görülür. Növbəti dəfə isə zəfər şəhidinin şərəfinə futbol yarışı təşkil olundu.

Belə ki, Lənkəran rayon Daşdalıqjar kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən futbol idman növü üzrə Lənkəran-Astara region turnirinin final oyunu, eləcə təltifetmə mərasimində Azərbaycan Respublikasının dövlət himni oxundu, Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı .
Turnirin təltifetmə mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini, şəhid Afərin Qulamzadənin valideynləri, Mamusta kənd icra nümayəndəsi çıxış edərək qalib komandaları təbrik ediblər.
16 komanda arasında gərgin mübarizə şəraitində keçən turnirdə birinci yerə Daşdalıqjar komandası çıxdı. Sonda qalib komandalar kubok, diplom və medallarla təltif olundular.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər