PDF Oxu

Siyasət

  • 1 129

Hərbi zəfərimiz daşların üzərində deyil, ürəklərdə yaşamalıdır - AÇIQLAMA

image

44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti ilə Müzəffər ordumuz tərəfindən 30 il həsrətində olduğumuz ərazilərimiz, o cümlədən Şuşa şəhəri azadlığına qovuşdu. 2023 -cü ilin sentyabrın 19 -da başlayıb cəmi 23 saat çəkən anti-terror əməliyyatları ilə Xankəndi şəhəri və ətraf ərazilərimiz separatçılardan təmizləndi, bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Təbii ki, bu qürurverici tarix qəlblərdə və ürəklərdə yaşamalı, təbliğ olunmalı, gələcək nəsillərə çatdırılmalıdır. Təəssüf ki, ərazilərə səfər edən turistlər Şuşa şəhərinin qədim dövrünü əks etdirən daşlarına və qayalarının üzərinə eybəcər qraffiti və yazılar yazırlar. Bu da haqlı olaraq ictimai narazılığa səbəb olur. Məsələ ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri, ictimai xadim Muğan Əliyev açıqlama verərək hadisəyə münasibətini bildirib. M. Əliyevin sözlərinə görə, sözügedən qraffiti tipli təsvirlərin turistlər tərəfindən dağlara və yerlərin divarlarına bu cür yazı və şəkillərin çəkilməsi milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə hörmətsizlik nümunəsidir.

Muğan Əliyev bildirib ki, belə halların baş verməsi turistlərə bələdcilik edənlər turistləri eyni zamanda mühavizəcilərin üzərinə böyek məsuliyyət düşür. Onuda qeyd etmək istəyirəm ki,gənclərin tərbiyəsində mövcud olan müəyyən boşluqlardan qaynaqlanır. Onun fikrincə, bu boşluqlar ailə, məktəb və ətraf mühit faktorları ilə birbaşa bağlıdır.

“İlk növbədə bu hərəkət onu göstərir ki, gənclərimizin tərbiyəsində hələ də müəyyən boşluqlar var. Bu boşluqlar həm ailədən, həm məktəbdən, həm də ətraf mühitdən qaynaqlanır”.

Sədr vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə və dövlət atributlarına hörmət hissi ilə böyüməsində ailə ilə yanaşı təhsil müəssisələrinin və ictimai təşkilatların da rolu mühümdür. Onun sözlərinə görə, gənclər təşkilatları və qeyri-hökumət təşkilatları maarifləndirmə tədbirlərini daha da gücləndirməlidirlər.

M. Əliyev qeyd edib ki, xarici ölkələrdə də qraffiti mədəniyyəti tam sərbəst deyil və bu məqsədlə xüsusi yerlər ayrılır. Tarixi və mədəni abidələrə müdaxilə isə ciddi şəkildə qadağan olunur və cərimələrlə nəticələnir.

“Bizim də milli-mənəvi dəyərlərimiz var və onlara hörmət etmək hər bir vətəndaşın borcudur”.

Muğan Əliyev, həmçinin, televiziyalarda tarixi irs, vətənpərvərlik və gənclərin milli ruhda formalaşdırılması ilə bağlı verilişlərin hazırlanmasına böyük ehtiyac olduğunu bildirib. O xüsusilə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş könüllü gənclərlə bağlı proqramların hazırlanmasının vacibliyini qeyd edib.

Sədrin sözlərinə görə, bu kimi neqativ halların qarşısının alınması üçün gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana, təhsilə və ictimai fəaliyyətə cəlb olunması xüsusi əhəmiyyət daşıyır.

Sədr sonda siyasi partiyaların gənclər təşkilatlarını, QHT-ləri və aidiyyəti qurumları maarifləndirmə tədbirlərini daha da gücləndirməyə çağırıb.

"Şuşa şəhərinə gələn turistlər qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar.

Bu hallar davam edir* - maarifləndirmə və cərimələrə baxmayaraq təkrarlanır

Bu hörmətsizlikdir* - "güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada... orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir"

Qayalara ziyan dəyir* - yazılar təmizlənəndən sonra Cıdır düzündəki qayalara xeyli ziyan dəyir

- Şuşa 2021-ci il Qanunla "Dövlət Qoruğu" elan olunub və xüsusi mühafizə rejimi var

- Qaya üzərinə ad yazmaq sadəcə "ədəbsizlik" deyil, dövlət qoruğunun korlanması sayılır

- Belə hallarda inzibati və hətta cinayət məsuliyyəti nəzərdə tutulur

- Polis yazı yazan şəxsləri müəyyən edib barələrində tədbir görməsinə baxmayaraq bəzi dlrnaq arasl şəxslər əmələrindən utamrlar.

Şuşada tarixi və milli əhəmiyyətli məkanlara münasibət adi ictimai davranış qaydaları ilə ölçülə bilməz. Burada söhbət həm də tarixə, şəhidlərin və qurucuların xatirəsinə, milli irsə Şuşanın daşları yazı yazmaq üçün deyil, tariximizi oxumaq üçündür"

Şuşa adi turistik şəhər deyil. Hər daşında, hər qayasında tarix və şəhid xatirəsi var. Ona görə də turistlərdən xahiş olunur: "Xatirə yarat, amma yalnız ayaq izi burax!"

Dövlət qurumları həm cərimə, həm də maarifləndirmə işləri aparır, amma əsas çağırış hörmət və məsuliyyətlə yanaşmaqdır.

Digər xəbərlər