PDF Oxu

Siyasət

  • 686

Qaydalara biganəlik - həyatımıza təhlükədir! - FOTO

image

İki günüdür ki, səngimək bilməyən küləkli və yağışlı hava bundan sonra da davam edəcəyi bildirilir. Söz yox ki, yağıntının intensivliyi və güclü külək insanları ehtiyatlı olmağa vadar etməlidir. Elə bu çağırışla da Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur. Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Fövqəladə Hallar Nazirliyi güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

“Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!" - deyə FHN-nin əhaliyə müraciətində qeyd olunur.

İlham

Digər xəbərlər