Mərdəkanda yerləşən Xəzər Tibb Mərkəzində hər bir vətəndaşın sağlam həyat yaşaması üçün müasir dövrdə lazım olan bütün vasitələrdən istifadə olunur. Sağlamlıq ocağına gələnlər yüksək səviyyədə müayinə edilir, ixtisaslı yardım və müalicə alırlar. Tibb Mərkəzinin direktoru Mübariz Ağayev başda olmaqla, burada çalışan həkimlər və tibb işçiləri insanların sağlamlığını qorumağı, xəstələrə həyat bəxş etməyi özlərinə müqəddəs missiya bilirlər.
İkinci tərəfdən əhali ilə daha yaxın ünsiyyət qurmaq məqsədilə direktor Mübariz Ağayev vətəndaş qəbilləri keçirdir. Qəbul zamanı insanları narahat edən məsələlər və müraciətlər ilə yaxından tanış olur, onların həlli yoluna çalışır.
Bu günlərdə isə sağlamlıq ocağında tibb işçilərinin peşəkar davranış və iş etikası qaydalarına riayət etməsi mövzusunda təlim baş tutub.
Məqsəd tibb işçilərinin peşəkar davranış və ünsiyyət bacarıqlarının daha da təkmilləşdirilməsi, pasiyentlərlə münasibətlərdə etik və xidmət standartlarının qorunmasına diqqətin artırılması olan tədbirdə TƏBİB-in Təlimlərin idarə olunması şöbəsinin əməkdaşı Afət Rüstəmova tibb işçilərin gündəlik fəaliyyətində diqqət yetirməli olduğu əsas məqamlar, pasiyentlərlə ünsiyyət, eləcə də vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsi kimi istiqamətlər üzrə diqqət edilməli məsələlər barədə danışıb, verilən sualları cavablandırıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü