PDF Oxu

Siyasət

  • 452

Xalqı işıqlı gələcəyə aparan partiya - ŞƏRH

image

Sentyabrın 17-də keçirilən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının XI konfransının iştirakçıları tərəfindən əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider , görkəmli dövlət rəhbəri Heydər Əliyevin şəhər mərkəzində ucalan abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Daha sonra Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş partiya üzvlərinin və Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan konfransda YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev hesabat məruzəsində rayon təşkilatının ötən dövr ərzində gördüyü işləri, həyata keçirdiyi tədbirlər və partiya üzvlərinin ictimai-siyasi fəallığı barədə məlumat verib.
Natiq daha sonra deyib:- Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Yeni Azərbaycan Partiyası isə bu siyasətin ictimai dayaqlarından biri kimi səmərəli fəaliyyət göstərib. YAP Lerik rayon təşkilatına gəldikdə isə o qarşıya qoyulan vəzifələrin icrası, partiya üzvlərinin fəallığının artırılması və yeni üzvlərin partiya sıralarına cəlb olunması istiqamətində səmərəli işlər görüb.
Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatında mühüm və aparıcı mövqe tutduğunu bildirən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında partiyanın keçdiyi yolun dövlətçilik prinsiplərinə sədaqət və ölkənin inkişafına xidmət edən fəaliyyətlə səciyyələndiyini deyib, dağlar diyarında sürətli sosial-iqtisadi inkişafdan , həyata keçirilən layihələrin insanların rifahına müsbət təsir göstərdiyindən və bu proseslərdə rayon təşkilatının fəal iştirakının əhəmiyyətindən danışıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov da çıxış edib: “Yeni Azərbaycan Partiyasının gücü onun xalqla sıx bağlılığından və dövlətçilik ideallarına sadiqliyindən qaynaqlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib. YAP , həmçinin gənclərin siyasi və ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyində və ictimai həyatda iştirakının genişləndirilməsi istiqamətində böyük rol oynayır.”
Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru, Əməkdar müəllim, 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva, Lerik rayon Peşə məktəbinin müəllimi, I Qarabağ müharibəsi veteranı və şəhid qardaşı Namiq Bağışov məruzə ətrafında çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan, həyata keçirilən layihələrdən və partiyanın qarşıya qoyduğu məqsədlərdən söhbət açıb, onun sıralarında birləşən insanların həmişə dövlətçilik prinsiplərinə sadiq qalmağını bildiriblər.
Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrdən, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyindən danışan YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov, həmçinin rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirərək gələn dövrdə partiya sıralarının genişləndirilməsi, üzvlərlə işin daha səmərəli təşkili və ictimai-siyasi fəallığın artırılması istiqamətində mühüm vəzifələrin qarşıda dayandığını vurğulayıb.
Konfransda YAP Lerik rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib, Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib və
Yeni Azərbaycan Partiyasının Himnin səsləndirilməsi ilə başa çatıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər