PDF Oxu

Siyasət

  • 589

Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamət üzrə fəaliyyət göstəririk

image

Azərbaycanda rəqəmsal inkişaf sahəsində həyata keçirilən islahatlar ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş yeni inkişaf prioritetləri dövlət idarəçiliyinin müasirləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, innovasiya əsaslı inkişaf modelinin formalaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli təşkili üçün möhkəm zəmin yaradıb. Bu baxımdan, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin rəqəmsal transformasiyasını vahid strateji yanaşma əsasında həyata keçirməyə imkan verən mühüm sənəddir. Bu sahədə kadr imkanlarının formalaşdırılması çox vacibdir və hazırda bu istiqamətdə çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi

Digər xəbərlər