PDF Oxu

Siyasət

  • 531

Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması - ŞƏRH

image

3 oktyabr 1993-cü il tarixində keçirilən ümumxalq səsverməsi nəticəsində xalqın mütləq əksəriyyətinin etimadını qazanan ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin tarixi seçim yalnız yeni dövlət başçısının müəyyənləşdirilməsi deyil, eyni zamanda müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış bir ölkənin xilası və inkişafının təməlinin qoyulması demək idi.Müasir müstəqil Azərbaycanın inkişafı həmin gündən başlayır. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini ortaya,qoyub.

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqilliyini qoruyub saxladı. O, ölkəni parçalanmaqdan xilas etdi. Bütün bunlara görə xalqımız Ümumilli Liderin ideyalarının ölməzliyini, davamlılığını bu gün Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, xeyirxah əməllərində görür və fəxr edir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtddıqdan sonra ölkədə başa alıb gedən hərc mərcliyin, silahlı qarşıdurmaların, iqtisadi-siyasi böhranın qarşısı alındı, törpaqlarımızın işğalının davam etməsinə son qoyuldu. Eləcə də, aclıq, səfalət aradan qaldırıldı və nailiyyətlərin təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi” kimi mühüm tarixi əhəmiyyəti olan sənəd imzalandı, həmçinin ordumuz formalaşdı, ictimai-siyasi sabitlik yaradıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməyə başladı, insanların sosial vəziyyətinin yaxşılaşmasına doğru addımlar atıldı və bu öz nəticələrini verməyə başladı Ən əsası da odur ki, nailiyyətlər heç də boş yerdə yaranmır, bütün qələbələrin möhkəm təməli, bünövrəsi, kökləri var. Bu günkü inkişafımızın təməl daşlarını ümummilli liderimiz, dahi şəxsiyyət, dərin zəkalı fenomen insan Heydər Əliyev qoymuşdur. Ulu öndərimizin özünün müəllifi olduğu, vaxtında başladığı, həyatımızın bütün sahələrini əhatə edən islahatların sayəsndə biz tənəzzüldən tərəqqiyə doğru çətin, lakin şərəfli bir yolu uğurla keçə bilmişik. Hələ 1969-cu ildə yaradılmış təməl məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu üçün sarsılmazdır.

Bu gün Ulu Öndərin arzuları çiçəklənir. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən dövlətlərindən biri kimi tanınır, ən mühüm sosial islahatlar həyata keçirən ölkə kimi tarix yazır. Hazırda dövlətimizin həyata keçirtdiyi tədbirlər sayəsində biz beynəlxalq təcriddən çıxmışıq, nizami ordumuz vardır, beynəlxalq miqyasda əməkdaşlığımız gündən-günə genişlənir, dövlətin milli maraqları qorunmaqdadır. Bütün respublikada camaatın sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni iş yerləri yaradılır, əməkhaqları və pensiyalar müntəzəm olaraq çoxalır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır. Ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın dünya dövlətləri arasında nüfuzu gündən günə artır və möhkəmlənir. Azərbaycan dövləti və xalqı bütün nailiyyətləri ilə məhz Ulu Öndər Heydər Əliyevə borcludur. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl müasir Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu, iqtisadi cəhətdən müstəqil və güclü bir dövlətə çevrilməsini təmin etdi. Bu gün həmin inkişaf strateji xətti Prezident İlham Əliyev tərəfindən uğurla devam etdirilir. Ulu Öndərin ən böyük arzularından biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhz bu güclü dövlətçilik təməli və nizami ordumuzun rəşadəti sayəsində reallığa çevrildi.

Əlağa Ağayev

YAP Xocalı rayon təşkilatının sədr müavini

Digər xəbərlər