PDF Oxu

Siyasət

  • 610

Yeni Azərbaycan Partiyası – dünənimiz, bu günümüz, sabahımız - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında növbəti böyük tarixi mərhələnin başlangıcını qoydu.Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli geniş çıxışı yalnız partiyamızın gələcək fəaliyyət istiqamətlərini müəyyən etmədi, eyni zamanda müasir Azərbaycan dövlətimizin keçdiyi şərəfli yolu, qazandığı tarixi zəfərləri və gələcəyə yönəlmiş strateji və güclü siyasətcil baxışını bir daha bütün dünyaya nümayiş etdirdi.

Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları üzərində qurulan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən həm dövlətçiliyimizin xilası, sabitliyin bərqərar olması və həmdə respublikamızın hərtərəfli inkişafında aparıcı qüvvə rolunu oynayıb.Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yalnız ölkəmizin deyil, bununla yanaşı regionun ən böyük və mütəşəkkil siyasi qüvvəsi kimi öz liderlik missiyasını uğurla və əzmlə davam etdirir.

Cənab Prezidentimizin qurultaydakı nitqində xüsusi vurğuladığı kimi, Azərbaycanın son illərdə qazandığı ən böyük tarixi nailiyyətlərdən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır. 30 ilə yaxın davam edən işğala son qoyulması, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və ardınca həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli qürurunu bərpa etdi. Dövlət Başçımızın dəmir iradəsi, uzaqgörən xarici siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan öz gücünü dünyaya sübut etdi və düşməni yerinə oturtdu.Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icra edilməsi cənab Prezidentimizin xalqımıza verdiyi vədlərin tam və dəqiqliklə yerinə yetirildiyinin bariz sübutu və nümunəsidir.Eyni zamanda Azərbaycan Dövlətinin Türk Dövlətləri Təşkilatında apardığı və siyasətlər bir daha ölkəmizin gücünün və Türk birliyinə verdiyi töhfələrin bariz nümunəsidir.

Prezidentimiz İlham Əliyevin vurğuladığı vacib məqamlardan biri də ölkəmizdə həyata keçirilən kadr islahatları, siyasi dialoq mühitinin genişlənməsi və idarəetmə sisteminin müasirləşdirilməsi idi. Yeni Azərbaycan Partiyasının fəaliyyətindəki yenilənmə, gənclərin partiya sıralarında daha fəal təmsil olunması və milli həmrəyliyimizin möhkəmləndirilməsi dövlətimizin dayanıqlı inkişafının əsas təminatıdır.

Ölkə rəhbərimizin ətrafında sıx birləşən Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də öz Liderinə sonsuz inam və etimadını göstərir. Qazandığımız hər bir uğur, həyata keçirilən hər bir nəhəng layihə və beynəlxalq aləmdə artan nüfuzumuz məhz Prezidentimiz İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin bəhrəsidir.

Mən də bir gənc vətəndaş kimi, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən strateji hədəfləri tam dəstəkləyir,gəncləri ölkəmizin işıqlı gələcəyi, qüdrətli dövlətçiliyimiz və xalqımızın rifahı naminə gərgin fəaliyyət göstərən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməyimizə bir daha səsləyirəm. Biz birlikdə güclüyük və Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlər, yüksək zirvələr gözləyir!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Digər xəbərlər