Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Dəmirçiyev Tural Rəfail oğlunun və Alıyev Qələndər Nofəl oğlunun ildönümü münasibətilə anım tədbirləri keçirilib.
Şəhidlərin məzarları ziyarət edilib, məzarların önünə gül dəstələri düzülüb, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, aparatının məsləhətçisi Altun İbrahimov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Elvin Fərzəliyev, Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Qeyd edək ki, Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olub. Orta təhsilini R.Zorge adına 90 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 2017-ci ildə “SOCAR”ın Təhlükəsizlik İdarəsində mühafizəçi vəzifəsində çalışmağa başlayıb. O, Vətən müharibəsi zamanı könüllü şəkildə hərbi səfərbərliyə cəlb olunaraq Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qələndər Alıyev 2001-ci il oktyabrın 31-də Bakı şəhərində anadan olub. Orta təhsilini 170 nömrəli tam orta ümumtəhsil məktəbində alıb. 07 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.