PDF Oxu

Siyasət

  • 773

YAP Neftçala rayon təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

image

YAP Neftçala rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirə iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Müşavirədə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, ərazi partiya təşkilatlarının sədrləri və müavinləri, partiya veteranları və fəalları iştirak ediblər.
Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev VIII Qurultayın ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən qurultayın partiyanın fəaliyyətində yeni mərhələnin vəzifələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin nitqində ifadə olunan müddəaların dərindən öyrənilməsinin və ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edən sədr rayon təşkilatının və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən danışıb. İdeoloji işin təsir imkanlarının artırılması, partiya üzvləri ilə davamlı ünsiyyətin qurulması və fəalların təşəbbüskarlığının dəstəklənməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.
Müşavirədə YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi əhəmiyyətindən, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən və yeni dövrün çağırışlarından bəhs ediblər. Çıxışlarda dövlətçilik ənənələrinin və azərbaycançılıq ideologiyasının təbliği, milli birliyin möhkəmləndirilməsi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması məsələlərinə diqqət yetirilib. Partiyanın siyasi xəttinin mahiyyətinin əhali arasında ardıcıl izah olunmasının, maarifləndirici tədbirlərin məzmun və səmərəliliyinin yüksəldilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndələri – Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva və gənc fəal Mustafa Zeynalov çıxış ediblər. Çıxış edənlər qurultayla bağlı təəssüratlarını bölüşərək Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin hər bir partiya üzvü üçün mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirdiyini bildiriblər. Yeni Azərbaycan Partiyasının dövlətçiliyin möhkəmləndirilməsində və ölkənin inkişafında rolundan danışılıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində partiya üzvlərinin fəallığı və məsuliyyəti qeyd olunub.
Müşavirədə mövzu ətrafında müzakirələr aparılıb, qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və təbliğat işinin daha səmərəli təşkili barədə fikir mübadiləsi aparılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər