PDF Oxu

Siyasət

  • 602

Goranboyda müşavirə keçirilib - ŞƏRH

image

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına Goranboy rayonundan seçilmiş nümayəndələr tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Goranboy rayon Mədəniyyət evində davam edən müşavirədə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Qurultay nümayəndəsi, Millət vəkili Bədəl Bədəlov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndələri, ƏPT sədrləri, partiya fəalları, partiya veteranları və rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə müasir müstəqil Azərbaycan fövlətinin banidi, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhraman Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni giriş sözü ilə açan Samir Qocayev bildirib ki, bugünkü tədbirimizin əsas məqsədi cənab Prezidentin nitqindən irəli gələn mühüm vəzifələri geniş təhlil etmək, partiya fəallarının qarşısında duran prioritetləri müəyyənləşdirmək və bu ideyaların cəmiyyətdə daha geniş təbliğinə töhfə verməkdir. Samir Qocayev qeyd edib ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

Azərbaycanın müasir siyasi tarixində elə mərhələlər var ki, onların əhəmiyyəti yalnız bu günün reallıqları ilə deyil, gələcək nəsillərin dövlətçilik yaddaşında tutacağı yerlə ölçülür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası da məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu böyük nəticəyə aparan yol uzun illər ərzində formalaşdırılmış ardıcıl dövlət siyasətindən, milli iradədən, siyasi qətiyyətdən və xalq-dövlət birliyindən keçib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının məhz bu tarixi mərhələdə keçirilməsi onun siyasi çəkisini və ictimai əhəmiyyətini daha da artırır. Qurultay təkcə ölkənin aparıcı siyasi təşkilatının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi platforma deyil, həm də Azərbaycanın keçdiyi yolun siyasi baxımdan qiymətləndirilməsi, əldə olunan tarixi Zəfərin mahiyyətinin dərk edilməsi və qarşıdakı yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir.

Müşavirədə Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələr, partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də partiyanın rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib.

Müşavirədə çıxış edən Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Bədəl Bədəlov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Çıxışçılar, Qurultay nümayəndəsi, Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova və Qurultay nümayəndəsi, ƏPT sədri Gülər Əliyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətin ölkəmizin davamlı inkişafının, ictimai-siyasi sabitliyin və milli həmrəyliyin əsas təminatlarından biri olduğunu vurğulayıblar. Bildirilib ki, YAP bundan sonra da qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasında fəal iştirak edəcək.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər