PDF Oxu

Siyasət

  • 720

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində tədbir keçirilib - FOTOLAR

image

Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Yeni Azərbaycan Partiyasının (YAP) sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə həsr olunmuş tədbir təşkil olunub.
​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən strateji yol xəritəsidir. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz tarixi zəfərlərə imza atıb və hər bir partiya fəalı bu inkişaf kursuna öz töhfəsini verməlidir.
​Daha sonra çıxış edən Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Kamran Nəsirov bildirib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və dövlətçilik ənənələrinə sədaqəti təhsil müəssisəsinin əsas prioritetlərindəndir. O vurğulayıb ki, cənab Prezidentin qurultaydakı tövsiyələri təhsil alan gənclər üçün vətənpərvərlik və məsuliyyət yönündə mühüm bir örnəkdir.
​Tədbirdə digər natiqlər də çıxış edərək YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan, azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işlərindən və gənclərin ölkənin gələcək inkişafında fəal iştirakının vacibliyindən bəhs ediblər.

Digər xəbərlər