PDF Oxu

Siyasət

  • 716

Şəhid ailəsi ziyarət olunub - FOTO

image

Bu günlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Tarixin 44 günü" layihəsi çərçivəsində Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun ailəsi ziyarət olunub.

Ziyarətin təşkilində əsas məqsəd 44 günlük haqq savaşımızda Vətən yolunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, həmçinin gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və təbliğ etmək olub.
Öncə şəhid Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun məzarı ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Daha sonra qəhrəmanımızın ailəsi evində ziyarət olunub. Görüş zamanı qəhrəmanın həyatı, keçdiyi şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıq nümunələri və Vətən uğrunda fədakarlığı haqqında ətraflı məlumat verilib.
Ziyarət zamanı gənclər, həmçinin şəhidin şəxsi əşyaları və medalları ilə də tanış olublar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər