PDF Oxu

Siyasət

  • 1 375

"ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi mövqeləri üçün həlledici sınaq olacaq" - ŞƏRH

image

"Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində ölkədə siyasi rəqabət xeyli kəskinləşib. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri və Senatdakı 35 yer uğrunda mübarizə aparılacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, hazırda hər iki palataya nəzarət edən Respublikaçılar Partiyası mövqelərini qorumağa, Demokratlar Partiyası isə Konqresdə çoxluğu əldə etməyə çalışır:"Son rəy sorğuları demokratlara ümummilli səviyyədə üstünlük göstərir. Belə ki, Reuters/Ipsos sorğusunda qeydiyyatdan keçmiş seçicilərin 43 faizi demokratları, 35 faizi isə respublikaçıları dəstəkləyib. Seçkiqabağı kampaniyanın əsas mövzuları bahalaşma, enerji qiymətlərinin yüksəlməsi, miqrasiya siyasəti və İranla müharibənin iqtisadi-siyasi nəticələridir. Xüsusilə Donald Tramp administrasiyasının iqtisadi siyasətindən narazılıq seçici davranışına təsir edən mühüm amillərdən birinə çevrilib. Bu seçkilərin əhəmiyyəti yalnız Konqresdə yerlərin bölüşdürülməsi ilə məhdudlaşmır. Əslində, 3 noyabr səsverməsi Donald Trampın ikinci prezidentlik dövrünün ilk iki ilinə verilən siyasi qiymət kimi də nəzərdən keçirilir. Demokratların Nümayəndələr Palatasında çoxluq qazanması administrasiya üzərində parlament nəzarətini gücləndirə, Senatda çoxluğu əldə etməsi isə prezidentin yüksək vəzifələrə təyinatlarını və qanunvericilik təşəbbüslərini çətinləşdirə bilər. Bununla belə, respublikaçıların ciddi maliyyə resursları, seçki dairələrinin siyasi bölgüsü və tərəfdarlarını səfərbər etmək imkanları mübarizənin nəticələrinə təsir göstərə bilər. Xüsusilə Senat uğrunda rəqabət mürəkkəb olaraq qalır. Ona görə də seçkilərin nəticəsini yalnız ümummilli sorğularla müəyyənləşdirmək mümkün deyil. Noyabrın 3-də formalaşacaq siyasi mənzərə ABŞ-ın növbəti iki ildə həm daxili idarəetməsinə, həm də xarici siyasət qərarlarının qəbuluna ciddi təsir göstərəcək".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər