PDF Oxu

Siyasət

  • 501

YAP Ağdam rayon təşkilatında silsilə müşavirələr davam etdirilir

image

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatında VIII Qurultayın qərarları və Prezident İlham Əliyevin qurultayda müəyyən etdiyi fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilmişdir. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Həmçinin Dövlət Himni səsləndirilmişdir. Tədbirdə iştirak edənlər YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri Neymət Rüstəmli, rayon ziyalılarından Xaləddin Tağıyev və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlətçilik ənənələrinin qorunmasında və milli maraqların müdafiəsindəki fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, Prezident və YAP sədri Cənab İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın qarşısında yeni hədəflər müəyyənləşdirdiyi diqqətə çatdırılıb.

Müzakirələrdə Azərbaycanın əldə etdiyi tarixi uğurlar, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər xüsusi qeyd olunub. İştirakçılar bu proseslərin ölkəmizin davamlı inkişafına və dövlətçiliyimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildiriblər. Eyni zamanda, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakının təşviqi, üzvlərlə işin təkmilləşdirilməsi və əhali ilə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirlimişdir.

Digər xəbərlər