Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Cəngan kənd” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və partiyanın qarşısında duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin nitqində ifadə olunan müddəaların ərazi partiya təşkilatlarının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının vacibliyini vurğulayıb. Partiya üzvlərinin fəallığının artırılması, əhali ilə müntəzəm görüşlərin keçirilməsi və vətəndaşların təşəbbüslərinin dəstəklənməsinin yerli təşkilatların işində mühüm əhəmiyyət daşıdığını qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və kənddə maarifləndirici fəaliyyətin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolunu vurğulayıb. Dövlət siyasətinin əsas istiqamətlərinin əhaliyə aydın şəkildə çatdırılmasının, vətəndaşlarla ünsiyyətdə onların fikir və təkliflərinə diqqət yetirilməsinin ideoloji işin səmərəliliyini artırdığını bildirib.