Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq yeni məzmun və strateji miqyas qazanır. Bu münasibətlər geniş regional əməkdaşlığın, nəqliyyat və enerji təhlükəsizliyinin, investisiya və ticarət əlaqələrinin, eləcə də ortaq inkişaf perspektivlərinin mühüm dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması isə əməkdaşlığın yeni mərhələsinin mahiyyətini daha aydın göstərir. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Qarşıdakı əsas hədəflərdən biri birgə investisiyaların artırılması, yeni istehsal müəssisələrinin yaradılması, sənaye əməkdaşlığının genişləndirilməsi və birgə istehsal olunan məhsulların xarici bazarlara çıxarılmasıdır.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi