PDF Oxu

Siyasət

  • 469

Azərbaycan–Kamboca münasibətlərinin inkişaf dinamikası və strateji prioritetləri - ŞƏRH

image

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında yüksək səviyyəli diplomatik təmaslar ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirir. Bu çərçivədə ticarət və sərmayə qoyuluşu sahələrindəki potensialın dəyərləndirilməsi, parlamentlərarası həmrəyliyin möhkəmləndirilməsi və imzalanmış müqavilə-hüquq bazasının genişləndirilməsi iki dövlət arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə strateji tərəfdaşlıq imkanlarını artırır.

İkitərəfli iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialın dərindən təhlil edilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi və ticarət dövriyyəsinin artırılması üzrə birgə mexanizmlərin müəyyənləşdirilməsi hər iki ölkənin iqtisadi prioritetlərinə xidmət edir.
Qanunverici hakimiyyət orqanları səviyyəsində qurulan sıx təmaslar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik Azərbaycan ilə Kamboca arasında diplomatik etimadın və siyasi dialoqun dərinləşməsində mühüm rol oynayır.
Səfər çərçivəsində tərəflər arasında imzalanan və mübadilə edilən ikitərəfli sənədlər əməkdaşlığın institusional və hüquqi bazasını möhkəmləndirərək konkret sahələr üzrə birgə layihələrin icrasına hüquqi zəmin yaradır.
Azərbaycan-Kamboca münasibətlərinin tarixi və mövcud vəziyyəti Asiya-Sakit okean regionu ilə diplomatik-iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində çoxşaxəli və qarşılıqlı maraqlara söykənən tərəfdaşlığın inkişaf etdiyini göstərir.

Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər