Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Neftçala şəhər-3” ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb. O, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının, ərazi partiya təşkilatlarında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Əhali ilə müntəzəm ünsiyyətin, vətəndaşların fikir və təkliflərinə diqqətin təşkilatın fəaliyyətinin səmərəliliyinə xidmət etdiyini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin ictimaiyyətə çatdırılması və ideoloji işin məzmununun zənginləşdirilməsi məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik ənənələrinin təbliğində partiya üzvlərinin rolunu diqqətə çatdırıb. Maarifləndirici fəaliyyətin ardıcıl təşkilinin, dövlət siyasətinin əsas istiqamətlərinin və ölkəmizin əldə etdiyi nailiyyətlərin əhaliyə aydın və dolğun izah olunmasının əhəmiyyətini vurğulayıb.
“Neftçala şəhər-3” ərazi partiya təşkilatının sədri Yalçın Səfərov və partiya veteranı Elçin Əsədov çıxış edərək qurultayın nəticələri ilə bağlı keçirilən görüşlərin partiya üzvlərinin məlumatlandırılması və qarşıda duran vəzifələrin müzakirəsi baxımından əhəmiyyətini qeyd ediblər. Ərazi partiya təşkilatının fəaliyyətində üzvlərin fəallığının, veteranların təcrübəsindən istifadənin və birgə təşəbbüslərin vacibliyini bildiriblər. Partiya üzvləri ilə davamlı ünsiyyətə görə rayon təşkilatının rəhbərliyinə təşəkkür edərək qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.