12 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. İki ölkə arasında inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əhəmiyyətli siyasi hadisədir. Birgə bəyanat əlaqələrinin yeni sahələr üzrə genişləndirilməsi, iqtisadi əməkdaşlığın fəallaşdırılması, humanitar münasibətlərin möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsi məsələlərini əhatə edib.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmiz fəal əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələr və fəal əməkdaşlıq var. İkitərəfli müstəvidə təmasları intensivləşdirmək barədə də razılığa gəldik. Hər iki ölkənin çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu Azərbaycan və Kambocanı, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edir.
Ölkə başçısının bəyanatında Azərbaycan ilə Kamboca arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə də xüsusi diqqət yetirilib. Təhsil əlaqələri dövlətlər arasında uzunmüddətli humanitar münasibətlərin qurulmasında mühüm rol oynayır. Xarici ölkələrdə təhsil alan tələbələr yalnız peşəkar bilik və bacarıqlar qazanmır, eyni zamanda həmin ölkənin mədəniyyəti, dili, elmi mühiti və ictimai həyatı ilə tanış olurlar. Bu təcrübə gələcəkdə elmi əməkdaşlığın, peşəkar əlaqələrin və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına töhfə verə bilər. Kambocanın baş naziri də bəyanatında Azərbaycanın Kambocaya təhsil sahəsində, xüsusilə təqaüd imkanlarının yaradılması istiqamətində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Cənab Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Kamboca münasibətlərinin inkişaf perspektivlərini və əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan əsas istiqamətləri əks etdirir. Bəyanatda siyasi dialoqun davamlılığı, ticarət və investisiya əlaqələrinin inkişafı, təhsil və humanitar münasibətlərin genişləndirilməsi, rəqəmsal transformasiya, nəqliyyat və dövlət xidmətləri sahəsində təcrübə mübadiləsi ön plana çıxıb. Səfər zamanı müzakirə olunan məsələlərin və əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan–Kamboca münasibətlərinin daha geniş əməkdaşlıq gündəliyi əsasında inkişafına xidmət edə bilər.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini