PDF Oxu

Siyasət

  • 823

Həsənabad və Mirqurbanlı ərazi partiya təşkilatlarında VIII Qurultayın nəticələri müzakirə olunub

image

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Neftçala rayon təşkilatının “Həsənabad qəsəbə” və “Mirqurbanlı kənd” ərazi partiya təşkilatlarında partiya üzvlərinin iştirakı ilə iclaslar keçirilib.
İclaslarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək VIII Qurultayın siyasi əhəmiyyətindən və partiyanın qarşısında duran vəzifələrdən danışıb. O, Prezident İlham Əliyevin nitqində ifadə olunan əsas müddəaların ərazi partiya təşkilatlarının fəaliyyətində nəzərə alınmasının, üzvlərin ictimai-siyasi fəallığının və məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Əhali ilə əlaqələrin möhkəmləndirilməsinin, vətəndaşların təşəbbüslərinin dinlənilməsinin və partiya üzvlərinin yerli ictimai həyatda fəal iştirakının əhəmiyyətini qeyd edib.
YAP Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov çıxış edərək qurultayın nəticələrinin təbliği və yerlərdə maarifləndirici fəaliyyətin təşkili məsələlərinə toxunub. Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində partiya üzvlərinin rolundan bəhs edib. Dövlət siyasətinin mahiyyətinin əhaliyə aydın və dolğun çatdırılmasının, vətəndaşlarla davamlı ünsiyyətin və ideoloji işin yerli şəraitə uyğun qurulmasının vacibliyini diqqətə çatdırıb.

Digər xəbərlər