PDF Oxu

Siyasət

  • 656

Ölkəmizin qazandığı tarixi Zəfər Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıb

image

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının tərəfindən Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatında partiyanın VIII Qurultayında Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərlə bağlı görüş baş tutub.
Lənkəran Heydər Əliyev Mərkəzində keçirilən görüş Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayıb. Əvvəlcə dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarını fəda edən Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Görüşü giriş sözü ilə Lənkəran Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri, qurultay nümayəndəsi Bəxtiyar Qılıncov açıb. Yeni Azərbaycan Partiyasının VIII Qurultayının partiyanın qarşısında qoyduğu yeni hədəfləri mühüm siyasi hadisə olduğunu bildirən natiq deyib:- Qurultayda Prezident İlham Əliyev tərəfindən irəli sürülən fikirlər ölkənin gələcək inkişaf istiqamətlərini, dövlətçilik prinsiplərinin qorunmasını və partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini özündə ehtiva edir. Həmçinin natiq mədəniyyət sahəsində çalışan partiya üzvlərinin milli-mənəvi dəyərlərin qorunması, zəngin tarixi irsimizin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini vurğulayıb.

VIII Qurultayın qərar və tövsiyələrinin partiyanın gələcək fəaliyyətində mühüm istiqamətverici rol oynadığını diqqətə çatdıran YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev daha sonra bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın davamlı inkişafına, milli maraqlarının qorunmasına və dövlətçiliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. Eləcə ölkəmizin qazandığı tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıb. Bu mərhələdə partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulması, üzvlərin ictimai-siyasi fəallığının artırılması və dövlət siyasətinin mahiyyətinin vətəndaşlara düzgün çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Natiq həm də, mədəniyyət müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və dövlətçilik ideyalarının təbliğində imkanlarından səmərəli istifadə etməli olduqlarını bildirib.
Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru, qurultay nümayəndəsi Reyhanə Sadıxova çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıb, Heydər Əliyev Mərkəzləri dövlətçilik tariximizin, milli ideologiyamızın və azərbaycançılıq məfkurəsinin təbliğində mühüm rol oynadığını deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, gənc nəslin dövlətçilik ənənələrinə bağlılıq ruhunda tərbiyə olunması baxımından mühüm örnəkdir. Maarifləndirici tədbirlərin, görüşlərin və tarixi irsi tanıdan layihələrin davamlı şəkildə həyata keçirilməsi vacibdir.” Bu fikirləri isə Lənkəran şəhər Mədəniyyət evinin bədii rəhbəri Habil Əliyev öz çıxışında dilə gətirib.

Milli qəhrəmanlarımızın həyat və döyüş yolunun təbliğinin gənclərin vətənpərvərlik tərbiyəsində xüsusi yer tutduğunu, eyni zamanda, dövlətçilik dəyərlərinin təbliği ilə bağlı görülən işlərin daha da genişləndirilməsinin əhəmiyyətini bildirən Həzi Aslanov Ev-Muzeyinin direktoru Vəfa Babayeva deyib:- Azərbaycanın qəhrəmanlıq tarixinin, şəhidlərimizin fədakarlığının və xalqımızın mübarizə əzminin gələcək nəsillərə çatdırılması hər bir mədəniyyət və muzey əməkdaşının mənəvi borcudur. Həzi Aslanov kimi qəhrəmanların şərəfli ömür yolu gənclərdə Vətənə sədaqət, milli qürur və məsuliyyət hisslərini gücləndirir.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, qurultay nümayəndəsi Leyla Məcidova çıxışında Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və təbliğinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu qeyd edib. O bildirib ki, milli tariximizin, mədəniyyətimizin və xalqın adət-ənənələrini öyrənilməsi cəmiyyətin mənəvi bütövlüyünün qorunmasına, gənc nəslin milli dəyərlərə bağlılığının möhkəmlənməsinə xidmət edir. Onu da vurğulayıb ki, muzeylər yalnız tarixi eksponatların qorunduğu məkanlar deyil, həm də, ictimai maarifləndirmənin, tarixi yaddaşın yaşadılmasının və milli özünüdərkin formalaşdırılmasının mühüm mərkəzləridir. Bu istiqamətdə müasir yanaşmaların tətbiqi, maarifləndirici layihələrin artırılması və mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi hazırda vacib məsələlərindən olmalıdır .

Görüşdə çıxışlar ətrafında fikir mübadiləsi aparılıb, VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, tarixi irsin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələləri müzakirə olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər