PDF Oxu

Siyasət

  • 532

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müşavirə keçirilib - FOTOLAR

image

Oktyabrın 14-də “Tbilisi pr. 3165-ci məhəllə” ünvanı üzrə (Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Pənahov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Pənahov tədbir iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi elmi-təhsil müəssisəsində keçirilən bu görüşün böyük ictimai və ideoloji əhəmiyyətə malik olduğunu vurğulayıb. N.Pənahov diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin inkişaf dinamikasını müəyyən edən strateji dönüş nöqtəsidir. Dövlət başçısı cənab İlham Əliyevin qurultaydakı konseptual nitqi səhiyyə sisteminin müasirləşdirilməsi, tibbi kadrların ixtisas səviyyəsinin yüksəldilməsi və tibb elminin inkişafı baxımından mühüm vəzifələr müəyyən etmişdir. O qeyd edib ki, akademik Əziz Əliyevin adını daşıyan institut həkimlərin peşəkarlığının artırılması sahəsində respublikamızın flaqman müəssisəsidir. İnstitutun elmi-pedaqoji heyəti cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən səhiyyə islahatlarına hər zaman dəstək verir və bundan sonra da partiyanın ideoloji prinsiplərinin təbliğində, eləcə də yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında var gücü ilə çalışacaqdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqinin məzmunu, burada irəli sürülən mühüm ideoloji prinsiplər və elmi-tibb müəssisələrinin qarşısında duran hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Əldə olunan bu tarixi qələbələr partiyamızın uzun illər ərzində yürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar partiya strukturlarının, xüsusən də səhiyyə və elmi-tədqiqat ocaqlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Postmüharibə dövrünün gətirdiyi yeni reallıqlar fonunda insan kapitalının inkişafı, cəmiyyətin sağlamlığının etibarlı qorunması və səhiyyə işçilərinin ideoloji-ictimai fəallığının artırılması prioritet vəzifələrdəndir. Həkimlərimiz və alimlərimiz yalnız tibbi bilikləri ilə deyil, həm də yüksək vətənpərvərlik руhu, dövlətçilik təfəkkürü və partiya ideallarına sədaqətləri ilə cəmiyyətə nümunə olmalıdırlar. YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ərazi partiya təşkilatı zəngin intellektual potensiala malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və rayonun sosial-siyasi həyatında fəallığın daha da yüksəldilməsi istiqamətində institutun partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tibb elmləri doktoru, professor Tofiq Cahangirov partyanın müasir inkişaf mərhələsindəki ideoloji xətti, səhiyyə elminin cəmiyyətdəki rolu və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyəti barədə məruzə edib. T.Cahangirov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay Yeni Azərbaycan Partiyasının təşkilati və ideoloji baxımdan yenilənməsi yolunda strateji addımdır. O, səhiyyə sahəsində çalışan alim və mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, tibb işçilərini cənab Prezidentin siyasi kursu ətrafında daha sıx birləşməyə, səhiyyə islahatlarında fəal iştirak etməyə və YAP-ın proqram məqsədlərini ləyaqətlə təbliğ etməyə çağırıb.

Çıxış edən “Tbilisi pr. 3165-ci məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Günel Əfəndiyeva təşkilatın fəaliyyəti, sıralarının genişlənməsi və tibb heyətinin partiya işindəki fəallığı barədə məlumat verib. G.Əfəndiyeva bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin modernləşdirilməsi və tibb işçilərinə gösterilən diqqət və qayğı kollektivi daha şövqlə çalışmağa ruhlandırır. O, ərazi partiya təşkilatının YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları fəaliyyət proqramı kimi qəbul edərək partiya ideyalarının yayılmasında bundan sonra da fəal möqeyə sahip olacağını bəyan edib.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Digər xəbərlər