14 oktyabr 2026-cı il tarixdə Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında YAP Qaradağ rayon təşkilatı səhiyyə müəssisələri üzrə ərazi partiya təşkilatlarının fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın VIII Qurultayın nümayəndəsi İlqar İlyasov, Lökbatan Tibb Mərkəzinin direktoru, VIII Qurultayın nümayəndəsi, tibb elmləri doktoru, professor, Nİzami küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elçin Hüseynov, Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzufəsini icra edən, Nəriman Nərimanov küçəsi 20 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevil Bədəlova, 6 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi, Seymur Orucov küçəsi 7 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Bəhram Bayramov, ASSMED Tibb Mərkəzinin (Dadaş Bünyadzadə küçəsi 3A ünvanı üzrə ərazi partiya təşkilatı) və 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının Lökbatan Poliklinikasının (Bəxtiyar Əliyev küçəsi 39 ünvanı üzrə ərazi partiya təşkilatı) rəhbərləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP-ın VIII Qurultayının əhəmiyyəti, partiyanın fəaliyyəti və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru, VIII Qurultayın nümayəndəsi, tibb elmləri doktoru, professor, Nİzami küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elçin Hüseynov qurultayın əhəmiyyətindən, YAP-ın ölkənin inkişafındakı rolundan və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib.
YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin qurultayındakı nitqində səsləndirilən mühüm istiqamətlər və partiyanın gələcək fəaliyyət prioritetləri barədə ətraflı məlumat verib. İlqar İlyasov, həmçnin partiyanın rayon təşkilatının fəaliyyəti, həyata keçirilən təşəbbüslər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb. Rayon təşkilatının sədri söytləyib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. İlqar İlyasov Prezident İlham Əliyevin qurultaydakı çıxışının siyasi əhəmiyyəti, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, ölkəmizin gələcək inkişaf prioritetləri və partiya üzvlərinin qarşısında duran vəzifələr barədə geniş bəhs edib.
Tədbirdə çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru, VIII Qurultayın nümayəndəsi, tibb elmləri doktoru, professor, Nİzami küçəsi 9 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elçin Hüseynov YAP-ın VIII Qurultayının əhəmiyyətindən və partiyanın fəaliyyətində iştirakın önəmindən danışıb.
Tədbirdə, həmçinin Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzufəsini icra edən, Nəriman Nərimanov küçəsi 20 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevil Bədəlova, 6 saylı Uşaq Somatik Sanatoriyasının baş həkimi, Seymur Orucov küçəsi 7 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Bəhram Bayramov və 3 saylı Birləşmiş Şəhər Xəstəxanası Lökbatan poliklinikasının həkimi Pərvin Şirəliyeva çıxış edərək toplantının əhəmiyyəti, partiyanın fəaliyyəti və səhiyyə müəssisələrində çalışan tibbi personalın ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Prezident İlham Əliyevin Qurultaydakı nitqində xüsusi vurğulanan ideoloji təhlükəsizlik məsələsinə də diqqət yetirilib. Bildirilib ki, müasir dövrdə informasiya təxribatlarına qarşı mübarizə, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də cəmiyyətin düzgün məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə partiya fəallarının üzərinə mühüm məsuliyyət düşür.