PDF Oxu

Siyasət

  • 737

Sakinlər ölkə rəhbərinə dərin hörmət və ehtiramlarını bildiriblər - FOTO

image

Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyov, Hovil, Akuşəpeştə, Qılqılov, Xəlifəhoni, eləcə də Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bradi, Dəstər, Hamarat və Dızdipok kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda icra başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.
Sakinlər qarşısında çıxışı zamanı icra başçısı bildirib ki, kəndlərin problemləri ilə həmişə maraqlanaraq, imkan daxilində həllinə köməkliklər göstəririk. Bütün görülən işlər sakinlərin rahatlığına xidmət etmək üçündür. Problemlər möhtərəm Prezidentimizin göstərişi, diqqət və qayğısı sayəsində həllini tapır. Rayon rəhbəri onu da vurğulayıb ki, dövlət başçısının düşünülmüş, uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər və qalib dövlət kimi tanınır.
Bunlarla yanaşı rayonumuzda mühüm sosial layihələr icra olunur. Məlumdur ki, may ayında cənab Prezidentin aqrar sahənin inkişafı ilə əlaqədar keçirdiyi müşavirə və qəbul edilən Dövlət Proqramının icrası üçün Lerikdə də işlərə başlanılıb. Fermer və sahibkarlarımız, həmçinin fərdi təsərrüfat sahibləri bu işlərinin səmərəliyini başa düşürlər. Hamınızı dövlətimizin yaratdığı imkanlardan yararlanmağa çağırıram.
Sərbəst şəkildə çıxış edən kənd sakinləri əvvəlcə aparılan abadlıq-quruculuq işlərə və dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısına görə ölkə rəhbəri İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildiriblər. Daha sonra kəndlərdə onları narahat edən bir sıra məsələlərə toxunublar. İnsanların narahatlığı əsasən yol, qaz, su, elektrik və digər sosial problemlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər