Seyidimli ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunması, iqtisadi tərəqqinin davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, YAP-ın sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi hər bir sahədə məsuliyyətli fəaliyyətin təşkilini, milli-mənəvi dəyərlərin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini və maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusilə gənclərin zərərli ideoloji təsirlərdən qorunması, onların dövlətçilik ənənələrinə və milli dəyərlərə bağlılığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxış zamanı ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, partiya üzvləri ilə mütəmadi görüşlərin keçirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi və dövlət siyasətinin mahiyyətinin izah olunması istiqamətində görüləcək işlərdən bəhs edilib. Bildirilib ki, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün sahələrdə əlaqəli fəaliyyətin təşkili və ictimai iştirakçılığın artırılması vacibdir.
Sonda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi və qarşıda duran tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.