Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Təhsil sektoru,56 nömrəli tam orta ümumtəhsil məktəbi,Su Meliorasiya Sistemləri İstismarı İdarəsi,rayon Dövlət Aqrar İnkişaf Mərkəzi,Mənzil Kommunal Təssərrüfatı idarəsi, Kəlbəcər Statistika İdarəsi və DSMF Şərqi Zəngəzur Regional filialı Ərazi Partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII qurultayında etdiyi tarixi və proqram xarakterli çıxışından irəli gələn vəzifələrə həsr olunmuş görüşlər keçirilib.
Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları, Ərazi Partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirlərdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlər zamanı Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında səsləndirdiyi fikirlər və qarşıya qoyulan vəzifələr ətrafında geniş müzakirələr aparılıb, iştirakçılar arasında fikir mübadiləsi keçirilib.
Müzakirələrdə Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və ideyaları, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər və dövlətçilik prinsipləri ruhunda tərbiyəsi xüsusi vurğulanıb.
Eyni zamanda, Azərbaycanın tarixi Zəfəri, dövlət suverenliyinin tam bərpası, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, eləcə də Böyük Qayıdış Proqramının icrası ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII qurultaydakı proqram xarakterli çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, hər bir partiya üzvünün üzərinə mühüm vəzifələr qoyur. Bu vəzifələrin həyata keçirilməsi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və ölkəmizin davamlı inkişafına töhfə verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Elçin Salahov
YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi